AzNET Home Page

"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı
Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun
İnkişaf Etdirilməsi" Layihəsi
United Nations Development Program / AzerbaijanMinistry of Communications and Information TechnologyOpen Society Institute - Assistance Foundation / AzerbaijanAzerbaijan Research and Educational Networking Association

 AzNET haqqında
 Nəşrlər
 İKT üzrə təlimlər
 Yerlərdə təhsil
 Məzmunun inkişafı
 QHT-lərə dəstək
 Regional mərkəzlər
 İKT layihələri
şəbəkə göstəriciləri

Saytların şəbəkə göstəriçilərinə baxın


Dilarə Əliyeva küç.
Draqal döngəsi, 702-ci məhəllə, Poçt Daşıma Mərkəzi,
Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 5963741
Fax: (+99412) 5963742
office@noc.aznet.org

Bakı Dövlət Universitetində CISCO Şəbəkə Akademiyası Açıldı

 

2006-cı il oktyabrın 19-da Bakı Dövlət Universitetində (BDU) Cisco Şəbəkə Akademiyasının açılış mərasimi keçirildi. Bu lokal Şəbəkə Akademiyası Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, BMT-nin İnkişaf Proqramının, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu və AzRENA təşkilatının həyata keçirdikləri "Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" (AzNET) layihəsinin Cisco Regional Şəbəkə Akademiyası çərçivəsində yaradılmışdır. BDU-da akademiyanın yaradılmasına dəstək NATO-nun Elm vasitəsilə Təhlukəsizlik Proqramı tərəfindən olmuşdur. Lokal Akademiyanın rəhbəri Ramin Mahmudzadədir. AzNET layihəsi çərçivəsində artıq səkkiz lokal şəbəkə akademiyası yaradılmışdır. Növbəti, onuncu lokal akademiya bu ilin sonunda Naxçıvan Dövlət Universitetində yaradılacaqdır.

İnformasiya kommunikasiya texnologiyaları sahəsində kadr hazırlığı istiqamətində fəaliyyət göstərəcək Akademiyanın açılışında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov, BDU-nun rektoru Abel Məhərrəmov, təhsil sahəsininin və qeyri-hökumət və özəl sektorlarının nümayəndələri iştirak etmişdir.

Tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov İKT sahəsində kadr hazırlığı ilə məşğul olacaq bu tədris mərkəzinin əhəmiyyətini qeyd etdi. Onun sözlərinə görə, ilk öncə yüksək səviyyəli kadrların olması ölkəyə İKT sahəsində investisiya axınını gücləndirə bilər. Bu baxımdan BDU İKT sahəsində kadr hazırlanması ənənəsini davam etdirəcəkdir və Cisco Şəbəkə Akademiyasının tədris kursları vasitəsilə Azərbaycanın iqtisadiyyatı üçün yüksək səviyyəli mütəxəssislər hazırlayacaqdır.

Universitetin rektoru Abel Məhərrəmov beynəlxalq standartlara cavab verən kursların Azərbaycanda tədris olunmasını qloballaşdırma mərhələsində ölkənin inteqrasiyası üçün çox önəmli olduğunu qeyd etdi. Onun sözlərinə görə, dünya standartları səviyyəsində mütəxəssislərin olması Azərbaycanın İKT sektorunun inkişafına təkan verəcəkdir.

Cisco Systems şirkətinin Akademik proqramların regional meneceri Rövşən Əkbərov Cisco Şəbəkə Akademiyası proqramının təqdimatını keçirdi. Onun sözlərinə görə, dünyanın 150-dən artıq ölkəsində fəaliyyət göstərən və sayı 11 000-dən artıq Cisco Şəbəkə Akademiyalarında artıq 1,6 mln. tələbə təhsil almışdır. R.Əkbərov qeyd etmişdir ki, şəbəkə akademiyaları proqramının tərəfdaşları dövlət və özəl sektorları, vətəndaş cəmiyyəti və təhsil müəssisələri sırasındadır.










Layihənin donorları :


"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi