AzNET Home Page

"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı
Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun
İnkişaf Etdirilməsi" Layihəsi
United Nations Development Program / AzerbaijanMinistry of Communications and Information TechnologyOpen Society Institute - Assistance Foundation / AzerbaijanAzerbaijan Research and Educational Networking Association

 AzNET haqqında
 Nəşrlər
 İKT üzrə təlimlər
 Yerlərdə təhsil
 Məzmunun inkişafı
 QHT-lərə dəstək
- AzerWeb portalı
- Donorların məlumat
       bazası
- eRider layihəsi
- QHT-in təhlükəsizliyi
 Regional mərkəzlər
 İKT layihələri


Dilarə Əliyeva küç.
Draqal döngəsi, 702-ci məhəllə, Poçt Daşıma Mərkəzi,
Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 5963741
Fax: (+99412) 5963742
office@noc.aznet.org

QHT üçün təhlükəsizlik

Məlumatların təhlükəsizliyi və sabitliyi, əsas fəaliyyətləri informasiya nəsilləri, informasiya mübadiləsi və fikir müxtəlifliyi ilə bağlı olan vətəndaş cəmiyyəti təşkilatları üçün vacib əhəmiyyət kəsb edir. Bu, xüsusilə, nəzarət altında ola biləcək, kompüterlərin oğurlanması, xarab olması və onların müsadirə olunmasına hədəf ola biləcək və pis idarəçilik, səhv və ya virus səbəbindən məlumat itkisindən əziyyət çəkəcək böyük risk altında olan qruplar (insan hüquqları, qadın məsələləri, antikorrupsiya və s. məsələlərlə işləyən müstəqil mətbuat) üçün realdır. Məqsədlərinə nail olmaq və səmərəli işləmək üçün bu qruplar informasiya və rabitə vasitələrini qoruya bilməlidirlər. İnformasiyanın necə və nə vaxt lazımi və təhlükəsiz qaydada yığılması, saxlanması və yayımlanması üzrə qərar vermək üçün onların bilik və alətlərə çıxışı olmalıdır.

İnformasiya və kommunikasiyanın qorunmasına xidmət edən vasitələr bir müddət üçün istifadə olunmuşdur (PGP kimi), bununla yanaşı belə vasitə və texnikaların seçilməsi və istifadəsi qrupların ehtiyaclarını müvafiq olaraq ödəmək üçün kifayət qədər təkmilləşdirilməmişdir. Səmərəli olmaq üçün həllər müxtəlif amilləri nəzərə almalıdır. Onlar aşağıdakılardır:

  • Ölkənin vəziyyəti (siyasi və texnoloji)
  • Qrup və fərdlərin profili (yüksək və ya aşağı profilli, insan hüquqları və ya media)
  • İnformasiyanın istifadə olunduğu yer (internet kafe və ya ofis kompüteri)
  • İnformasiyanın funksiyası (əsas ölkədən kənar rabitə, informasiya bölgüsü, məlumatların toplanması və s.)

Hazırkı amillər həll vasitəsinin seçilməsi üçün çox vacibdir və buna görə yaxşı məlumatlanmış yerli texnoloji / vətəndaş cəmiyyəti ekspertləri tərəfindən təlim və məsləhətləşmələrin təşkili gərəklidir. Çünki pis quraşdırılmış texnologiya müəyyən şəraitdə xeyirdən çox ziyan vura bilər. Buna əlavə olaraq ofisdə quraşdırılma, əvvəlki təlimlərin davamı olan və problemlərin həll edilməsi ilə bağlı təlimlər kimi digər faktorlar təşkilatların yeni vasitələri müvəffəqiyyətlə istifadə etmək imkanlarına təsir edə və bunun üçün yerli təcrübəyə ehtiyacı artıra bilər. Vətəndaş cəmiyyəti təşkilatları üçün hazırda mümkün olan təhlükəsizlik təlimləri ilə bağlı problem ondan ibarətdir ki, onlar təşkilatın təhlükəsizlik mədəniyyətinin necə dəyişməsini vurğulamaq əvəzinə şifrələnmiş texnologiyaların çətinlikləri üzərində dayanaraq, çox texniki xarakter daşıyır. Son istifadəçilərin vasitələrin necə tətbiq edilə bilməsini başa düşməyə ehtiyacı var və risk zamanı qərar verə, bu qərarın zamanının müəyyənləşdirə bilməyi, institusional təhlükəsizlik protokollarını necə təşkil etməyi bacarmalıdırlar.

Yuxarıdakı problemlərə cavab olaraq bu təşəbbüs böyük risk altında olan qruplar üçün belə təcrübə və alətləri əldə etmək imkanlarını artırmaqla regionda işləyən "təhlükəsizlik" təlimçilərinin gücləndirilməsinə yönəlib. Bu praktik təşəbbüs müəyyən səbəbdən ehtiyac içində olan təşkilatlara müvafiq imkan və alətlərin çatdırılmasının mümkünlüyü üzərində dayanıb.

   



"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi