 |
 |
 |
Dilarə Əliyeva küç.
Draqal döngəsi, 702-ci məhəllə, Poçt Daşıma Mərkəzi,
Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 5963741
Fax: (+99412) 5963742
office@noc.aznet.org
|
 |
|
|
|
|
 |
Azərbaycanda eRider Layihəsi.
"Azərbaycanda QHT üçün Ümumi
İnformasiya Resursu "
-
Təməli
-
Açıq Cəmiyyət İnstitutu - Yardım
Fondu ötən bir-neçə il ərzində İnternetdən
istifadə sahəsində təməl biliklərin əldə
edilməsi üçün Azərbaycan QHT-lərini fəal
dəstəkləmişdir. Təməl, orta və yüksək
səviyyədə təlimlərin keçirilməsi
daxil olmaqla, İnternet təlim proqramının bir hissəsi
olaraq ACİ-YF. Azərbaycan tərəfindən həyata
keçirilmişdir. Müntəzəm təlimlərdən
əlavə QHT-nın fəaliyyətlərini işıqlandıran
xüsusi kurslar da keçirilir. Həmçinin, İnternet
vasitəsilə humanitar sahə ilə bağlı informasiya
mübadiləsinin aparılması üzrə fəaliyyətə
başlanmışdır. QHT nümayəndələrinin
Azərbaycanda ən iri QHT portalı olan AzerWeb
(http://www.azerweb.com) saytında və ya forumda məlumatları
dərc etməklə və ACİ-YF-un veb serverində
veb səhifələrini yaratmaqla İnternet vasitəsilə
məlumat mübadiləsində iştirak etmək imkanları
var.
-
Hədəf və Məqsədlər
-
Hədəf:
- Yerli QHT-lərin məqsəd və missiyalarına
uyğun şəkildə iş standatlarının,
əməkdaşlarının idarəetmə bacarıqlarının
və fəaliyyətinin təkmilləşdirilməsi
üzrə alətlərin və yardımın təmin
edilməsi.
Məqsəd:
- QHT-lərin İKT sahəsindəki problemləri
ilə bağlı fərdi və onlayn (veb sayt və
telefon vasitəsilə) məsləhətlərin
verilməsi. QHT əməkdaşları üçün
konkret mövzular üzrə təlimlərin təşkil
edilməsi.
- İlk dörd ay müddətinin sonu üçün,
biz QHT-lərı tez-tez meydana çıxan problemlərin
aradan qaldırılması ilə bağlı onlayn
və çap edilmiş materiallarla təmin edə
biləcəyik.
Hədəf:
- QHT əməkdaşlarının kompüter biliklərinin
artırılması.
Məqsəd:
- İKT sahəsində QHT üçün müxtəlif
mövzularda təlimlərin işlənilib-hazırlanması.
İlk 6 ay müddətinin sonu üçün biz
İKT sahəsində Azərbaycan dilində müxtəlif
mövzuları (Word, Excel, Windows, Networking, və s.)
əhatə edən dərslikləri (təxminən
1000 nüsxə) dərc etməyə planlaşdırırıq.
Kitablar regional informasiya mərkəzləri arasında
paylanacaq. Bütün təlim materialları eRider
veb saytında yerləşdiriləcəkdir.
- Biz QHT əməkdaşlarının İKT sahəsində
biliklərinin artırılması üçün
müxtəlif mövzularda oflayn təlimlərin keçirilməsini
planlaşdırırıq.
Hədəf:
- QHT sahəsində informasiya mübadiləsinin intensivliyinin
təmin edilməsi.
Məqsəd:
- QHT arasında informasiya mübadiləsinin ümumi
standartlarının işlənib-hazırlanması.
Fərdi və onlayn (veb sayt və telefon vasitəsilə)
məsləhətlər, rəhbər kitabçaların
nəşr edilməsi və QHT pilot qrupları üçün
aşağıdakı sahələrdə təlimlərin
keçirilməsi.
- İnternetdə Azərbaycan dilində kommunikasiya
vasitələri haqqında informasiya materialları
- Qeyri standart şriftlərdən standart şriftlərə
keçmə
- Standart şriftlərdən Windows ƏS-nin köhnə
versiyalarında istifadə olunmasına imkan verən
proqramlar
- QHT ilə işləyən edən bütün
idarələr və təşkilatlar arasında əməkdaşlığın
möhkəmləndirilməsi.
Yanaşma
Yuxarıda qeyd edilən hədəflər qeyri-kommersiya
təşkilatlarına İKT sahəsində məsləhətlərin
və təlimlərin keçirilməsi, və qeyri-kommersiya
təşkilatları üçün veb-resurslarının
yaradılması vasitəsilə əldə edilə
bilr. QHT-lərin İKT sahəsində məsləhətlərlə
təmin edilməsinin bir neçə yolu var. Bunlardan biri
qrup QHT-nin əvvəlcədən seçilməsi və
onlara seminar və təlimlərin keçirilməsidir.
Bu üsul ACİ-YF tərəfindən tətbiq edilmişdi
və hazırda bir sıra təşkilat tərəfindən
davam etdirilir.
Layihə ilk olaraq ABŞ-da gerçəkləşmişdir.
Layihə Circuit Riders pilot üsulu və konsepsiyası
əsasında həyata keçirilir. Circuit Rider (və
ya eRider) obyektlər arasında səyyar xidmət göstərən,
QHT ilə birbaşa təmasda olan, onlara İT və
informasiyadan düzgün istifadə edilməsi yollarını
inkişaf etdirməkdə hər cür yardım göstərən
məsləhətçidir. eRider, həmçinin, texnologiyalar
ilə əlaqədar standartların və onların
iş prinsipləri siyasətinin həyata keçirilməsində,
texnologiya üçün vəsaitin cəlb edilməsində,
informasiya bazasının inkişaf etdirilməsində
və istifadəsində, veb saytlardan və digər İnternet
imkanlarından effektiv istifadə olunması, resursların
düzgün yerləşdirilməsi, texniki dəstəyin
tapılması və uyğun İnternet servisinin təyin
olunması və informasiyanın qorunub saxlanılması
kimi sahələrdə məsləhətlər verirlər
verir.
Layihənin icrası mərhələləri
ERider layihəsi ACİ-Y, UNDP və AzRENA tərəfindən
başlanılan AzNET layihəsi çərçivəsində
həyata keçirilir. Bu eRider Layihəsinin AzNET layihəsinin
texniki bazasından istifadə etməsinə imkan verir.
Yeni hüquqi şərtləri nəzərə alaraq,
Layihə aşağıdakı mərhələlərlə
icra olunacaq.
-
- eRiderlərin seçilməsi
Seçmə meyarı:
- IT sahəsində təcrübə,
- İnsanları öyrətmək və öyrənmək
bacarığı,
- QHT təcrübəsi,
- Azərbaycan və İngilis dili yaxşı səviyyədə
olmalıdır.
- eRiderlər üçün təilm
Seçilmiş eRiderlər layihənin məqsədləri
və hədəfləri ilə bağlı dörd
günlük təlimdə iştirak etdilır.
- Layihədə iştirak edəcək “müştəri”
QHT-nin seçilməsi
Qəzetlərdə və internetdə açıq elanın
yerləşdirilməsi. Biz pilot QHT qrupunu seçəcəyik
(10 QHT). Bütün maraqlı QHT-lərdən e-ehtiyacları
və e-hazırlığı ilə bağlı anketin
doldurulması xahiş ediləcək. Verilmiş cavablar
seçmə meyarı kimi istifadə ediləcək.
İT sahəsində daha az hazırlıqlı QHT-lərə
üstünlük veriləcək. Həmin pilot qrupu
fəaliyyət sahələrindən asılı olaraq
daha kiçik 2-3 qrupa bölünəcək. Həmin
bölgü konkret QHT qrupunun real problemləri ilə
işləməyə kömək edəcək. 2 ay
fəaliyyətdən sonra QHT-lərin sayı 30-a çatdırılacaq.
Müştəri QHT-lər ən fəal təşkilatlardan
seçiləcək. Bu məqsədlə Milli Fondun
proqramların ilə məsləhətləşmələr
aparılacaq. AzerWeb portalında dərc edilmiş bütün
materiallar və digər layihələr çərçivəsində
aparılmış tədqiqatlardan, həmçinin,
QHT-lərin seçilməsi prosesində istifadə ediləcəkdir.
- Əsas mərhələ: eRiderlərin işi
eRiderlər layihənin rəhbərliyi ilə birlikdə
səfərlər qrafikini tərtib edəcək. “Müştərilərin”
ehtiyacları və yerləşməsi bu zaman nəzərdən
keçiriləcəkdir.
- QHT-lər üçün resurs veb saytının
yaradılması
Biz AzerWeb vasitəsilə müştəri QHT-ləri
fəal informasiya mübadiləsinə cəlb etməyi
və AzerWeb texniki alətlər dəsti əsasında
veb saytlarını yaratmağa planlaşdırırıq.
QHT-lər üçün onlayn məsləhətçilik
AzerWeb çərçivəsində yaradacaq, və bu,
Azərbaycanda xidmətlər, işlər və mallar
bazarının müqayisəli və faktor təhlilini
əhatə edəcəkdir.
Tədbirlər
- İT ehtiyaclarının qiymətləndirilməsi
İki addımda həyata keçiriləcəkdir. İlk
qiymətləndirmə seçmə prosesi vaxtı həyata
keçiriləcək. Maraqlı olan bütün QHT-lər
xüsusi formaları doldurmalıdırlar və bundan
sonra əldə olunan nəticələr kriteriya kimi
əsas götürüləcəkdir. Daha ətraflı
qiymətləndirmə QHT pilot qrupunun seçilməsindən
sonra həyata keçiriləcəkdir.
- Təlim resurslarının inkişaf etdirilməsi
İşçi qrupu QHT üçün təlim materialları
QHT-lərin təlim ehtiyacları nəzərə alınaraq
hazırlayacaqdır. Müxtəlif mövzularda işlənilib
hazırlanmış bütün təlim materiallarını
eRider veb saytında əldə etmək mümkün
olacaq.
- İnformasiya mübadiləsi üzrə ümumi
mühit standartlarının yaradılması
eRiderlər daha kiçik QHT qruplarına kommunikasiya üzrə
alətlərli qiymətləndirəcək. eRiderlər
qrupda təmsil olunmuş QHT-lər arasında informasiya
mübadiləsi ilə bağlı ehtiyacları və
tələbləri nəzərə alaraq QHT-lər
tərəfindən istifadə edilən bütün
alətlər və texnologiyalarla bağlı istifadə
üçün hazır həlləri müəyyən
edəcək.
- İnformasiyanın təhlükəsizliyinin təmin
olunması sahəsində əməl edilməli yolların
işlənilib-hazırlanması.
Əsas informasiya təhlükəsizliyi mövzusunda
İRTC-də seminarlar keçiriləcək.
Layihədən gözlənilən nəticələr
- QHT sahəsinin ümumi səmərəliliyinə
yönəlmiş İKT istifadəsinin standartlarşdırılması
üzrə ümumi qaydalar layihənin pilot mərhələsinin
(10 QHT-yə xidmət edir) nəticələri əsasında
hazırlanacaqdır. İstifadə üçün
hazır təlimatları və İKT həlləri
dərc olunan veb sayt həmin qaydaları nəzərə
alaraq yaradılacaqdır. Bu, eRiderlərə əlavə
investisiyalara ehtiyac olmadan qeyri-hökumət sektorunda
dah açox təşkilata kömək etmək və
onlayn məsləhətlər vermək imkanını
verəcəkdir. Veb-saytın gözlənilən müştəri
sayı təxminən 100-150 QHT təşkil edir.
- Digər layihələrlə əməkdaşlqı
edərək (GIPI, AzerWeb, Internet News, Development GateWay,
və sairə.) eRiderlər qeyri-hökumət sektorunda
fəal iştirakçılardan ibarət səmərəli
şəbəkəni yarada biləcəklər.
- Oflayn və onlayn təlimlərdən istifadə
etməklə, ümumi və ixtisaslaşmış
təlimlərin planlaşdırılması və
həyata keçirilməsi üçün səmərəli
metodoloji bazanın yaradılması.
Davamlılıq
ERider məsləhət xidmətləri müxtəlif
sahələrdə fəaliyyət göstərən QHT-lər,
və gələcəkdə dövlət və təhsil
qurumlarına göstəriləcəkdir. Bu müxtəlif
maliyyə imkanlarına malik təşkilatlara layihənin
işinə qoşulmalarına imkan yaradır. Layihənin
uğurlu olması qarışıq maliyyə modelindən
istifadə formasının tətbiq olunması üçün
imkanlar yaradacaqdır.
|
|
|