![]() |
|
|
Donorlar haqqında məlumat bazası(İcmaların Gücləndirmə Şəbəkəsinin bölməsi) AzerWeb portalının Donorlar bölməsi çərçivəsində və Azərbaycanda fəaliyyət göstərən donorlar haqqında məlumat kitabçasının çap olunması ilə bağlı, biz yerli təşkilat, şirkət, səfirliklər arasına onların hər biri haqqında və onların maliyyələşdirdiyi sahələr barədə daha ətraflı məlumat almaq məqsədi ilə sorğu keçirməyə planlaşdırmışıq. Bu layihənin məqsədi yerli icma və QHT-lar üçün asanlıqla əldə edilə bilən formatda mövcud donorlar haqqında məlumat toplamaqdır. Layihənin icrası müqavilələrə əsasən yerli QHT-lar tərəfindən səfirliklər, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu, hökumət layihələri, özəl şirkətlər (neft şirkətləri) və s. daxil olmaqla bütün potensial donorlar arasında sorğu aparmaq yolu ilə həyata keçirilir. Araşdırma zamanı donorların şərtləri, vəsait almaq üçün tələb olunan prosedurlar və həyata keçirilmiş layihələr barədə məlumat toplanmalıdır. İnformasiya toplanandan sonra geniş yayımlanacaq və İnternetdə yerləşdirilmiş məlumat bazaları və hesabatlar şəklində təqdim olunacaq. Məlumatı eyni zamanda yerli resurs mərkəzləri, QHT-ların treninq mərkəzləri və sonra müəyyən ediləcək vasitələrlə əldə etmək mümkün olacaq. Bu məlumat onu pullu əsasda yayımlayan resurs mərkəzlərinə də verilə bilər. Biz ümid edirik ki, araşdırmanın həyata keçirilməsi Donorlar məlumat bazasını genişləndirəcək və humanitar layihələrin maliyyələşdirilməsi üçün yeni qaynaqlar aşkar ediləcək. Eyni zamanda bu, yerli təşkilatlara qrantların həcmi, onların təqdim etmə prosedurları və istifadə sahələri barədə məlumat almaq üçün imkan verir. |
"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi |
![]() |