![]() |
|
|
AzerWeb portalıƏn son məlumatı əks etdirmək məqsədi ilə bu sayt daim dəyişdirilib və genişləndirilir. Biz yerli QHT-lər, xeyriyyə və inkişaf layihələri barədə ən yeni məlumat verməyə çalışırıq, və eyni zamanda yüzlərlə aidiyyəti olan İnternet saytlara linklər veririk. Biz saytımızın seyrçilərin şərh və təkliflərini alqışlayırıq.AzerWeb İnternet və İntranet (onlayn informasiya sistemi) vebsaytı Azərbaycanın humanitar və kommersiya sektorları arasında dialoqu və informasiya mübadiləsini dəstəkləmək məqsədi ilə hazırlanıb. 2001-ci ilin yanvarına kimi AzerWeb "Save the Children" təşkilatı tərəfindən idarə olunurdu. Bu tarixdən sonra sayt Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun nəzdinə verildi. İlkin olaraq AzerWeb saytı Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər (UNDHA) departamentinin ReliefWeb onlayn informasiya sisteminin Azərbaycan komponenti kimi nəzərdə tutulmuşdur. AzerWeb layihəsi ilə bağlı müzakirələr 1995-ci ilin əvvəllərində başlamışdır və bu müzakirələrdə USAID, MC, SCF, BMT İnkişaf və Yardım Agentliyi, IRC, RI, CARE, WV, BMT və DHA kimi təşkilatlar iştirak edirdilər. AzerWeb Azərbaycanda fəaliyyət göstərən humanitar və inkişaf təşkilatlarının fəaliyyətlərini dəstəkləmək məqsədi ilə informasiyanın dəqiqliyi və vaxtı-vaxtında əldə olunması və yayımını təmin etmək üçün bir alət kimi hazırlanmışdır. Nəzərə alaraq ki, AzerWeb-də olan informasiyanın əksər hissəsi agentliklər tərəfindən könüllü şəkildə təqdim olunsa da, əlavə məlumat başqa qaynaqlardan əldə olunur, ACİ-YF həm informasiyanın dəqiqliyinə, həm də başqa təşkilatların ifadə etdiyi fikirlərə görə məsuliyyət daşımır. Əsas bölmələr
Bu bölmədə humanitar sektora aid olan və bilavasitə humanitar təşkilatları tərəfindən təqdim olunan məlumatdan başqa xəbərlər də daxildir. Siyahı Təşkilatların siyahısı. Portalın birinci səhifəsində yerləşən indeksin vasitəsi ilə təşkilatlar haqqında əlaqə məlumatı əldə etmək olar. Burada siz təşkilatın Azərbaycandakı fəaliyyəti, əsas işçiləri, fəaliyyəti haqqında sənədləri və s. əldə edə bilərsiniz. Son Əlavələr Bu bölməyə portala edilən 15 son əlavə daxildir. Əsas Linklər Əsas Linklər bölməsi təşkilatlar haqqında məlumat olan səhifələrə linklərdən ibarətdir, o cümlədən: Təşkilatların qeydiyyatı
|
"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi |
![]() |