AzNET Home Page

"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı
Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun
İnkişaf Etdirilməsi" Layihəsi
United Nations Development Program / AzerbaijanMinistry of Communications and Information TechnologyOpen Society Institute - Assistance Foundation / AzerbaijanAzerbaijan Research and Educational Networking Association

 AzNET haqqında
 Nəşrlər
 İKT üzrə təlimlər
 Yerlərdə təhsil
 Məzmunun inkişafı
 QHT-lərə dəstək
 Regional mərkəzlər
 İKT layihələri
şəbəkə göstəriciləri

Saytların şəbəkə göstəriçilərinə baxın


Dilarə Əliyeva küç.
Draqal döngəsi, 702-ci məhəllə, Poçt Daşıma Mərkəzi,
Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 5963741
Fax: (+99412) 5963742
office@noc.aznet.org
AZƏRBAYCANIN TƏHSİL SİSTEMİNDƏ İNFORMASİYA TEXNOLOGİYALARININ
TƏTBİQİ BRÜSSELDƏ MÜZAKİRƏ OLUNACAQDIR

Avropada təhsil alan azərbaycanlı tələbələrin II forumunda

Azərbaycanın təhsil sistemində informasiya kommuünikasiya texnologiyalarının (İKT) tətbiqi mövzusu Belçikanın paytaxtı olan Brüssel şəhərində 14-16 may tarixində keçirilən Avropada təhsil alan azərbaycanlı tələbələrin II forumunda diqqət mərkəzində olacaqdır. Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə keçiriləcək forumda İKT-nin təhsildə tətbiqi ilə bağlı sessiya keçiriləcəkdir. Sessiyanın keçirilməsinə dəstəyi Hewlett Packard (HP) şirkətinin Azərbaycan nümayəndəliyi vermişdir. İKT və təhsil mövzusunu əhatə edən sessiya Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, BMT-nin İnkişaf Proqramının, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun və AzRENA təşkilatının birgə həyata keçirdiyi "AzNET" layihəsinin nümayəndələri Səməd Abbasov və Emin Axundovun sədrliyi ilə keçiriləcəkdir.

S.Abbasovun sözlərinə görə, sessiya forumun 2-ci günü, 15 may tarixində keçiriləcəkdir. Sessiyada forum iştirakçıları üçün Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi və perspektivləri mövzusunda geniş təqdimat keçiriləcəkdir. O qeyd etdi ki, sessiya çərçivəsində İKT və təhsil mövzusu ətrafında forum iştirakçıları ilə birgə geniş müzakirələr də planlaşdırılır. Əsas məqsəd bu istiqamətdə yeni təşəbbüslər irəli sürmək, xaricdə təhsil alan azərbaycanlı tələbəlri bu müzakirələrə cəlb etiməkdir.

S.Abbasov qeyd etdi ki, AzNET layihəsi və HP şirkəti təhsil sistemində İKT-nin tətbiqi istiqamətində tərəfdaşdırlar. Onun sözlərinə görə, HP şirkəti təhsil sistemində İKT-nin tətbiqi üzrə təşəbbüslərdə aktivlik göstərərək Azərbaycana bu sahə üzrə zəruri dəstək verir.

Qeyd etmək lazımdır ki, 20 Avropa ölkəsindən 100-ə yaxın tələbənin qatıldığı tədbirdə Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov də iştirak edir. Forum çərçivəsində iqtisadliyyat, inkişaf strategiyaları və digər mövzularda sessiyalar təşkil olunacaqdır. Forum iştirakçıları Avropa Komissiyasında, NATO-da və Avropa parlamentində görüşlər də keçirəcəkdir.




Layihənin donorları :


"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi