AzNET Home Page

"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı
Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun
İnkişaf Etdirilməsi" Layihəsi
United Nations Development Program / AzerbaijanMinistry of Communications and Information TechnologyOpen Society Institute - Assistance Foundation / AzerbaijanAzerbaijan Research and Educational Networking Association

 AzNET haqqında
 Nəşrlər
 İKT üzrə təlimlər
 Yerlərdə təhsil
 Məzmunun inkişafı
 QHT-lərə dəstək
 Regional mərkəzlər
 İKT layihələri
şəbəkə göstəriciləri

Saytların şəbəkə göstəriçilərinə baxın


Dilarə Əliyeva küç.
Draqal döngəsi, 702-ci məhəllə, Poçt Daşıma Mərkəzi,
Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 5963741
Fax: (+99412) 5963742
office@noc.aznet.org
AZƏRBAYCANDA İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ GÜCLƏNDİRİLİR
AzNET/CERT layihəsi çərçivəsində CERT komandası yaranmışdır

Azərbaycanda ilk Kompüter Qəzalarına Cavabvermə Komandası (Computer Emergency Response Team - CERT) fəaliyyət göstərir. CERT komandası Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının "Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" (AzNET) layihəsi çərçivəsində NATO-nun Elmi Proqramının maliyyə dəstəyi ilə yaradılmışdır. CERT-in məqsədi kompüter şəbəkələrinə, informasiya sistemlərində olan müxtəlif təhlükəsizlik qəzaların qarşısının alınması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. NATO Elmi Proqramının dəstəyi ilə CERT komandaları Rusiya istisna olmaqla bütün MDB ölkələrində yaradılmışdır. Bu CERT komandalar arasında sıx əlaqələndirmə mövcüddür.

Komandanın əlaqələndiricisi Emin Axundovun sözlərinə görə, Azərbaycanda yaradılmış CERT-in əsas məqsədi AzNET şəbəkəsinin qorunması, kompüter qəzalarının qarşısının alınmasıdır. AzNET şəbəkəsinə qoşulmuş orta məktəblərin, kitabxanaların, qeyri-hökumət təşkilatlarının informasiya şəbəkələrinə əgər hücum olarsa, onda CERT komandası zəruri tədbirlər görür və hücumun qarşısını alır. E.Axundov qeyd etdi ki, CERT komandası həmçinin şəbəkələrdə müxtəlif virus proqramlarını da üzə çıxarmaq kimi profilaktika ilə də məşğuldur.

E.Axundov hesab edir ki, belə CERT komandalar bütün internet-provayderlərin, dövlət strukturlarının, özəl şirkətlərin, təhsil ocaqlarının nəzdində yaradılmalıdır. Bu praktika bütün dünyada mövcüddür. CERT komandalarının bir xüsusiyyəti də onlar arasında effektiv əlaqələndirmə funksiyasının olmasıdır. Belə ki, bu və digər şəbəkədən hücum olarsa, həmin şəbəkənin CERT komandası ilə əlaqə quraraq hücumun qarşısını almaq olar.

Azərbaycanın CERT komandası MDB məkanında yüksək peşəkarlığı ilə seçilir. Maraqlıdır ki, Azərbaycan CERT komandasının nümayəndəsi Emin Axundov NATO-nun Elmi Proqramının Şərqi Avropa ölkələrində CERT komandalarının yaradılması istiqamətində keçirilən seminarda Hollandiya və Polşa mütəxəsissləri ilə birlikdə təlimçi statusunda iştirak etmişdir.




Layihənin donorları :


"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi