|
Mart ayının 24-dən etibarən
aprel ayının 15-nə kimi BMTİP/AzNET layihəsinin
"Gənclər Təşəbbüsü"
tərəfindən gənc dizaynerlər, gənc
rəssamlar, QHT-lər və tələbələr
üçün nəzərdə tutulan komputer
treninqləri başlamışdır. Treninqlərin
keçirilməsində məqsəd Azərbaycanda
neft sektorundan sonra prioritet sayılan yüksək
texnologiyalar sahəsi üçün yüksək
səviyyəli kadrlar hazırlamaqdır. Treninqlər
Azərbaycan Respublikası prezidenti İlham Əliyevin
təşəbbüsü ilə 2007-ci ildə
keçirilən "Gənclər ili" ideologiyasına
uyğun olaraq təşkil olunmuşdur.
Treninqlər vasitəsilə gənclərə
"Adobe Photoshop" və "HTML" komputer
proqramları ilə işləmək vərdişləri
aşılanacaqdır. Kurslar gənclərimizə
"Adobe Photoshop" və "HTML" proqramlarında
düzgün işləmək prinsiplərini
və veb-dizaynerliyi örgədəcəkdir.
Treninqlərdə iştirak edən
hər bir gəncə xüsusi sertifikat veriləcəkdir.
|