|
BMT-nin İnkişaf Proqramı
və "Tədqiqat, Təhsil və Vətəndaş
Cəmiyyətinin İnkişafı Məqsədləri
üçün İnternetə Çıxış
və İnfrastrukturun İnkişaf Etdirilməsi"
(AzNET) layihəsi tərəfindən həyata
keçirilən "Şəbəkə infrastrukturu"
layihəsi NATO-nun Elmi Proqramı tərəfindən
yüksək qiymətləndirildi. "Şəbəkə
infrastrukturu" layihəsi NATO-nun Elmi Proqramının
maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Layihənin NATO Elmi Proqramı tərəfindən
əlaqələndiricisi, Kembric universitenin İnformasiya
təhlükəsiziliyi tədqiqat qrupunun rəhbəri
Rafal Roqozinski Azərbaycana səfər zamanı
görülmüş fəaliyyətlərin
monitorinqini keçirmiş və əldə edilmiş
nailiyyətlərə yüksək qiymət
vermişdir.
Qeyd etmək lazımdır ki, "Şəbəkə
infrastrukturu" layihəsinin məqsədi Azərbaycanın
Gəncə şəhərində təhsil
və ictimai sektoru üçün yüksək
keyfiyyətli fiberoptik şəbəkənin
yaradılmasıdır. Görülmüş
işlər nəticəsində bu şəhərin
6 ATS-ini əhatə edən və 100-ə yaxın
orta məktəbi, ali məktəbi, təhsil
müəssisəsini, kitabxanaları, qeyri-kommersiya
strukturlarını birləşdirə bilən
yüksək sürətli şəbəkə
qurulmuşdur. Hal-hazırda bu şəbəkəyə
təhsil müəssisələrinin qoşulması
prosesi gedir.
|