|
NATO-nun Baş Qərargahının
Şəbəkə Təhlükəsizliyi üzrə
proqram direktoru xanım Xadassa Yakobovits "Tədqiqat,
Təhsil və Vətəndaş Cəmiyyətinin
İnkişafı Məqsədləri üçün
İnternetə Çıxış və İnfrastrukturun
İnkişaf Etdirilməsi" (AzNET) layihəsinin
ofisində layihənin rəhbərliyi ilə
görüş keçirmişdir. Görüş
zamanı xanım X.Yakobovits AzNET layihəsinin
təhsil və elmi tədqiqat şəbəkəsi
haqqında məlumat almış və bu şəbəkənin
inkişaf perspektivləri haqqında fikir mübadiləsi
aparmışdır.
AzNET layihəsinin işçi heyəti
görüş zamanı AzNET layihəsi çərçivəsində
həyata keçirilən təşəbbüslər
haqqında qonağa məlumat vermişdir. Bu
təşəbbüslər arasında AzNET layihəsi
tərəfindən həyata keçirilən
Şəbəkə İnfrastruktur Qrantları,
CİSCO Şəbəkə Akademiyası proqramı,
E-Riders təşəbbüsü barəsində
məlumat təqdim olunmuşdur. Eyni zamanda, AzNET
tərəfindən Azərbaycanda yeni inkişaf
etdirilən CERT (Computer Emergency Response Team) təşəbbüsü
də diqqət mərkəzində olmuşdur.
Qeyd etmək lazımdır ki, layihənin işçi
heyəti qeyd olunan CERT təşəbbüsü
çərçivəsində bir sıra Avropa
ölkələrində təlim keçərək,
AzNET-in bazasında layihənin şəbəkəsinə
qoşulmuş təşkilatlara CERT xidməti
göstərirlər. Hazırda, AzNET Layihəsi
tərəfindən CERT təşəbbüsünün
genişləndirilməsi və təkmilləşdirilməsi
sahəsində işlər aparılır. X.Yakobovits
həmçinin AzNET layihəsinin şəbəkə
təhlükəzisliyi qrupunun işi ilə də
tanış olmuş və qrupun üzvlərinin
peşəkar səviyyəsini yüksək qiymətləndirmişdir.
X.Yakobovits qeyd etmişdir ki, informasiya
təhlükəsizliyi müasir durumda çox
böyük əhəmiyyət kəsb edir və
AzNET tərəfindən bu məsələyə
yüksək diqqətin verilməsi olduqca təqdirə
layiq bir haldır.
Sonda, tərəflər gələcək
əməkdaşlığın perspektivləri
və imkanları barəsində fikir mübadiləsi
apardılar.
|