AzNET Home Page

"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı
Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun
İnkişaf Etdirilməsi" Layihəsi
United Nations Development Program / AzerbaijanMinistry of Communications and Information TechnologyOpen Society Institute - Assistance Foundation / AzerbaijanAzerbaijan Research and Educational Networking Association

 AzNET haqqında
 Nəşrlər
 İKT üzrə təlimlər
 Yerlərdə təhsil
 Məzmunun inkişafı
 QHT-lərə dəstək
 Regional mərkəzlər
 İKT layihələri
şəbəkə göstəriciləri

Saytların şəbəkə göstəriçilərinə baxın


Dilarə Əliyeva küç.
Draqal döngəsi, 702-ci məhəllə, Poçt Daşıma Mərkəzi,
Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 5963741
Fax: (+99412) 5963742
office@noc.aznet.org

Ümumtəhsil sistemində İKT-dən istifadənin vəziyyəti müzakirə olunur

 

25-28 yanvar tarixində Qırğızıstanda Asiya İnkişaf Bankının dəstəyi və maliyyə yardımı ilə "İKT ümum təhsildə" layihəsi çərçivəsində regional seminar keçirilmişdir.

Seminarda ölkəmizi Rabitə və İnformasiya Texnologiyaları, Təhsil Nazirliklərinin, AzNET layihəsi, həmçinin layihə üzrə respublikamızı təmsil edən milli koordinatorlardan ibarət 6 nəfərlik nümayəndə heyəti təmsil edib. Azərbaycan nümayəndə heyətinin üzvü, RİTN-nin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov seminarla bağlı bizə geniş açıqlama verərək bildirdi ki, layihə ümumilikdə 6 ölkəni- Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan respublikalarını əhatə edir. Layihənin məqsədi sözügedən respublikalarda ümumtəhsil məktəblərində İKT-dən istifadə üzrə vəziyyəti tədqiq edərək mövcud problemləri üzə çıxarmaq və onların aradan qaldırılması yollarını araşdırmaqdan ibarətdir. Layihə çərçivəsində respublikaları təmsil edən milli koordinatorlar müxtəlif istiqamətlər üzrə tədqiqatlar aparmış və nəticəni Asiya İnkişaf Bankının layihə koordinatorlarına təqdim etmişdir. Bu regional seminara qədər 2006-cı ilin iyun ayından başlayaraq hər bir respublika üzrə milli seminarlar keçirilmiş, ümumi iş planı dəqiq müəyyənləşdirilmişdir. R.Gülməmmədov sözünə davam edərək bildirdi ki, Qırğızıstanda keçirilən sözügedən tədbir layihə çərçivəsində keçirilən ilk regional seminar idi. Nümayəndə heyətimizin adından seminara 2 tədqiqat işinin nəticələri təqdim olunub. Bu, Azərbaycanda internetə qoşulmanın imkanları və problemləri, digəri isə dövlət və özəl sektor: əməkdaşlıq və özəl sektorun rolu adlı mövzuları olub. Bu tədqiqatlarda respublikamızda İKT infrastrukturunun inkişafı, ümumi təhsil sistemində İKT-dən istifadənin cari durumu, həyata keçirilən layihələr haqqından məlumatlar, qarşıda duran strateji məqsədlər, problemlər və onların həlli yolları geniş təhlil olunmuşdur. Seminarda analoji tədqiqatlarla digər ölkələrin nümayəndələri də çıxışlar etmişlər.

Seminarda qərara alınmışdır ki, növbəti regional seminar Bakıda, Alma-Atada, Ulan-Batorda və ya Düşənbədə keçirilsin. Son qərarı Asiya İnkişaf Bankı açıqlayacaq. Güman edirik ki, bu seminar respublikamızda keçiriləcək. Ən nəhayət, noyabr ayında layihə çərçivəsində respublikamızda milli seminar keçiriləcəkdir. Layihənin nəticələri ümumi təhsil sistemində İKT-dən istifadənin vəziyyətini yaxşılaşdırmaq üçün təkliflər paketi formasında hökumətə təqdim olunacaq.

Rabitə Dünyası qəzeti
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi










Layihənin donorları :


"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi