![]() |
|
|
Microsoft İT Akademiyası Proqramı
Microsoft İT Akademiya Proqramı akademik institutlar üçün tələbələrə ən müasir Microsoft® texnologiyaları haqqında mükəmməl tədris həyata keçirmək üçün dünya miqyaslı təhsil proqramıdır. Akademiya tərəfindən Microsoft İT Akademiya Proqramı çərçivəsində keçirilən treninqlər tələbələri dərslərə və Microsoft-un çox çətin sertifikasiya imtahanlarına hazırlaşdırır, Şəbəkə İnzibatçısı, Texniki Xidmət Mütəxəssisi, Proqram Təminatı/Avadanlıq üzrə layihə mütəxəssisləri, Layihə Mühəndisləri və MS Office üzrə Mütəxəssis kimi karyera əldə etmək imkanlarını verir. Microsoft İT Akademiya Proqramının treninqlərin diqqət mərkəzində Microsoft Visual Studio, Microsoft Server və Microsoft Əməliyyat (İT Pro səviyyəsi üçün) sistemləridir. Treninqlər dinləyicilərə Microsoft-un sertifikasiya imtahanına və Microsoft Sertifikatlı Mütəxəssisi (MCP) statusunu almağa kömək edirlər.
Microsoft İT Akademiya Proqramı Microsoft şirkətinin dövlət və təhsil liderləri, məktəb müəllimləri, tələbə və şagirdlərə yerli mütəxəssislər vasitəsi ilə İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) üzrə treninqlərlə təmin edilməsi və tədris proqramların hazırlanması sahəsində ümumdünya "Öyrənməkdə Tərəfdaşlar" təşəbbüsünün hissəsidir. Gələcək beş ildə Microsoft şirkəti müəllim və tələbələrə ən yeni kompüter texnologiyaların əldə olunması və onların istifadəsinə dair treninqlərə 253 milyon ABŞ dolları vəsait xərcləyəcək. AzNet aşağıda adı çəkilən, lakin onlarla məhdudlaşdırılmayan, sahələrdən olan mütəxəssislərdən ibarət məqsədli qruplar üçün Microsoft tərəfindən təsdiq edilmiş treninqlər keçirmək niyyətindədir:
Kursun müddəti təxminən 2-4 aydır, həftədə 6-10 saat. Treninqlər Microsoft Sertifikatlı Mütəxəssislər tərəfindən keçirilir. Kurs sona çatdıqdan sonra dinləyicilər kursun bitirilməsi barədə sertifikat və ya diplom alırlar. Bundan sonra dinləyicilər Bakıda yerləşən bir neçə dənə VUE və ya PROMETRIC Kommersiyalı Test Mərkəzlərinə test imtahanı verib, Microsoft Sertifikatlı Mütəxəssisi (MCP) statusunu və sertifikatı əldə edə bilərlər. If you need any additional information, please write
us an e-mail: msitacademy@aznet.org |
"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi |
![]() |