 |
 |
 |
Dilarə Əliyeva küç.
Draqal döngəsi, 702-ci məhəllə, Poçt Daşıma Mərkəzi,
Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 5963741
Fax: (+99412) 5963742
office@noc.aznet.org
|
 |
|
|
|
|
 |
İnformasiya Texnologiyasının Əsasları II:

Hewlett-Packard kompaniyası tərəfindən
təşkil olunmuş İnformasiya Texnologiyasının
Əsasları II: Şəbəkə Əməliyyat
Sistemləri çox istifadəçisi olan, çoxməqsədli
şəbəkə əməliyyat sistemləri ilə
intensiv tanışlıqdır. 70 saatlıq, praktiki, laboratoriya-yönümlü
kurs şəbəkə əməliyyat sistemləri haqqında
ümumi məlumat vermək məqsədi daşıyır
və xüsusi olaraq, Linux Red Hat şəbəkə əməliyyat
sistemini əhatə edir. Tələbələr Linux əməliyyat
sistemindən, K Desktop Mühitindən (KDE), GNU şəbəkə
obyekt modelindən (GNOME) necə istifadə etməyi öyrənəcəklər.
Kurs tələbələri kompüter avadanlığı
və Linux sistemi üzrə səriştəli mütəxəssislər
kimi çətin ixtisaslara hazırlamağa kömək
etməkdə bir vasitə olacaqdır.
Qazanılmış biliklərə aşağıdakılar
daxildir: - Əsas şəbəkə təhlükəsizliyi
və nasazlıqların aradan götürülməsi
daxil olmaqla şəbəkə xidmətrlərinin konfiqurasiyası
- Sistemdə naviqasiya, fayllarla işləmək səlahiyyəti,
vizual mətn redaktoru, komanda prosessoru və əsas şəbəkə
istifadəsi daxil olmaqla, Linux mühitinin əsas komanda
xəttinin imkanlarından istifadə edilməsi
- Proqramlar
dispetçeri, mətn redaktoru, çap və poçt daxil
olmaqla, qrafik istifadəçi interfeysinin imkanlarının
öyrənilməsi
- Windows 2000- in əsas inzibati tapşırıqlarını
bilmək.
Kursu müvəffəqiyyətlə başa çatdıran tələbələr İnformasiya Texnologiyasının Əsasları II: Şəbəkə Əməliyyat Sistemləri üzrə kursu bitirmələri barədə sertifikat alacaqlar. Nümunə sertifikatı görmək üçün buraya tıqlayın.
|
İnformasiya Texnologiyasının Əsasları
II: - Əməliyyat sisteminin əsasları
- Şəbəkələşdirmə
ilə tanışlıq
- Şəbəkənin
fiziki komponentləri
- TCP/IP protokolu şəbəkələşdirməsi
- Şəbəkə xidmətləri haqqında
ümumi məlumat
- Şəbəkə əməliyyat
sisteminə giriş
- Quraşdırılma və
yüklənmə prosesləri haqqında ümumi
məlumat
- Windows 2000 Professional əməliyyat sistemi
- Linux əməliyyat sistemi
- Təkmilləşdirilmiş
Şəbəkə əməliyyat sisteminin idarə
olunması
- Şəbəkə təhlükəsizliyi
- Linux-da kompüter detallarının quraşdırılması
və onlara xidmət
- Əməliyyat sistemində
nasazlıqların aradan götürülməsi
-
Şəbəkə təhlükəsizliyi
- Cəld
başlanğıc quraşdırma bələdçisi
- Şəbəkələrin HP OpenView Network Node
Manager-lə İdarəolunması
|
 |
|
|
|