AzNET Home Page

"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı
Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun
İnkişaf Etdirilməsi" Layihəsi
United Nations Development Program / AzerbaijanMinistry of Communications and Information TechnologyOpen Society Institute - Assistance Foundation / AzerbaijanAzerbaijan Research and Educational Networking Association

 AzNET haqqında
 Nəşrlər
 İKT üzrə təlimlər
- İKT təlim mərkəzi
- İnternet mərkəzi
- Microsoft İT
       Akademiyası
- Cisco Akademiyası
- CCNA
- UNİX-in əsasları
- İT Əsasları I
- İT Əsasları II
- İnternetin Əsasları
- Veb dizayn
 Yerlərdə təhsil
 Məzmunun inkişafı
 QHT-lərə dəstək
 Regional mərkəzlər
 İKT layihələri


Dilarə Əliyeva küç.
Draqal döngəsi, 702-ci məhəllə, Poçt Daşıma Mərkəzi,
Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 5963741
Fax: (+99412) 5963742
office@noc.aznet.org

İnformasiya Texnologiyalarının əsasları I: kompüter avadanlığı və proqram təminatı

İnformasiya Texnologiyasının Əsasları I: Hewlett Packard şirkəti tərəfindən təşkil olunmuş kompüter avadanlığı və proqram təminatı kursu tələbələri informasiya texnologiyası və məlumatların ötürülməsi prosssi ilə tanış edir. 70 saatlıq, praktiki laboratoriya kursu laboratoriya təhlükəsizliyini və qrup mühitində işləməyin effektliliyini vurğulayır. Tələbələr kompüterlərin yığılmasını və Windows əməliyyat sisteminin müxtəlif versiyalarının quraşdırılmasını öyrənirlər. Kurs dinləyiciləri kompüter texnologiyalarının tətbiq olunduğu sahələrdə karyera imkanları əldə etmələri üçün hazırlayacaq.

Kursu müvəffəqiyyətlə başa çatdıran tələbələr İnformasiya Texnologiyalarının Əsasları I: kompüter avadanlığı və proqram təminatı üzrə kursu bitirmələri barədə sertifikat alacaqlar. Nümunə sertifikatı görmək üçün buraya tıqlayın.

Qazanılmış biliklər aşağıdakıları əhatə edir:

  • Kompüterin yığılması və sistem platasının, floppi və sərt disk qurğularının quraşdırılması, CD-ROM və video kartların quraşdırılması
  • Windows əməliyyat sisteminin quraşdırılması və idarə olunması
  • Periferiya qurğularının və multimedia imkanlarının əlavə olunması
  • LAN şəbəkəsi strukturu, şəbəkələşdirmə protokolları və açıq sistemlərin qarşılıqlı əlaqəsi modeli və TCP/IP proqram vasitələri haqqında biliklər
  • Kompüterin LAN şəbəkəsinə və İnternetə qoşulması
  • Əsas şəbəkə anlayışlarından başqa şəbəkənin funksiyaları və konfiqurasıyaları da əhatə olunur.

İnformasiya Texnologiyasının Əsasları I:

  • İnformasiya Texnologiyasının Əsasları
  • Kompüterlər necə işləyir
  • Kompüterin yığılması
  • Əməliyyat sisteminin əsasları
  • Windows 9 x Əməliyyat sistemləri
  • Multimedia İmkanları
  • Windows NT/2000/XP Əməliyyat sistemləri
  • Server üçün kompüter avadanlığının əsasları
  • Şəbəkələşdirmənin əsasları
  • Çap maşını və çap etmə
  • Profilaktik xidmət
  • Kompüter avadanlığında nasazlıqların aradan götürülməsi
  • Proqram təminatında nasazlıqların aradan götürülməsi
IT Essentials I course screenshot

Related links:

 

   




"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi