![]() |
|
|
Cisco Şəbəkə Akademiyası
Qeyd olunmalıdır ki, Açıq Cəmiyyət İnstitutunun Yardım Fondunun Cisco Yerli Akademiyası hal-hazırda yalnız Cisco Sertifikatlı Şəbəkə Üzvü (CCNA) hazırlığı ilə məşğul olmur. 1 İyun 2003-cü ildən başlayaraq, biz Akademiyanın proqramından digər tanınmış tədris proqramlarını da keçirik:
Cisco Certified Network Associate (CCNA) təliminə, həmçinin, ümumiyyətlə, Cisco Şəbəkə Akademiyası Proqramına (CNAP) maraq yalnız Bakıda deyil, rayonlarda da daima artmaqdadır. Ölkədə çoxlu digər təlim mərkəzləri də vardır, amma təəssüf ki, onlardan heç biri keyfiyyətli və dərindən müzakirə olunmuş tədris proqramı hazırlaya bilmir. Azərbaycanın İnformasiya Texnologiyası təlim sektorunun əsas problemi aşağıdakılardır:
Hazırda Açıq Cəmiyyət İnstitutunun Təlim Mərkəzində yeddi sertifikatlı təlimatçı işləyir və onlar Cisco tədris proqramını tələbələrə keçmək üçün xüsusi olaraq hazırlaşdırılıblar. Amma təlimatçıların sayının artırılması və Akademiyanın dərslərinin Bakı və rayonlara yayılması və genişləndirilməsi üçün ehtiyac olduğu aydın görülür. Bunu etməyin yollarından biri Cisco Şəbəkə Akademiyası Proqramını (CNAP) hazırlayıb, onu Cisco Akademiyasının Təlim Mərkəzlərinin Regional Akademiyalar və Regional Akademiyaların sonradan tələbələri hazırlaşdıran Yerli Akademiya təlimatçılarını hazırlaşdırdığı rayon ofislərinə gətirməkdir. Yuxarıda göstərilənləri nəzərə alsaq, deyə bilərik ki, Cisco Şəbəkə Akademiyası Proqramı (CNAP) gələcəkdə genişləndirilməli və yayılmalıdır. Bu, İnformasiya Texnologiyası təliminin ümumi keyfiyyətini yaxşılaşdıra və ixtisaslı İnformasiya Texnologiyası mütəxəssislərinin sayını artıra bilər və bu da öz növbəsində ölkə üzrə qlobal İnformasiya Texnologiyası layihələrinin həyata keçirilməsində kadrlarla bağlı maneələrdən yayınmağa kömək edə bilər.
|
"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi |
![]() |