
Cisco
Şəbəkə Akademiyasının Cisco Certified Network
Associate (CCNA) imtahan hazırlıq proqramı tələbələrə
kompüter sistemlərinin şəbəkələşdirilməsi
haqqında giriş məlumatı və bilgiləri verir.
Cisco-nun Laboratoriya çərçivəsində onlayn kursu
vasitəsilə tələbələr kiçik və
orta ölçülü şəbəkələrin planlaşdırılması,
qurulması və istismarı üçün lazım olan
qabiliyyətləri inkişaf etdirəcəklər. Bu
kursu müvəffəqiyyətlə başa vurduqda, tələbələr
işçi qüvvəsinə daxil ola bilər və ya
kompüter sahəsində öz təhsilini davam etdirə
bilərlər.

Cisco Certified Network Associate (CCNA) proqramının təlimin
və real təcrübənin birləşməsinə
əsaslanaraq təklif edə biləcəyi bəzi qərarlar:
- Şəbəkənin qurulması və formalaşdırılması
- İnternetə bağlanmanın müxtəlif növlərindən
istifadə etməklə WAN(Wide Area Network) qərarlarının
optimallaşdırılması
- Lan(Local Area Netüork)
-dam LAN-a əlagədə integrə olunmüş Dial-Up
rabitəsi vasitəsilə uzaqdam qoşulma

Cisco Certified
Network Associate (CCNA) kursu 4 semestrdən ibarətdir. Birinci
semestr şəbəkə əlaqəsinin ümumi girişi
və ümumi nəzəriyyəsini əhatə edir.
İkinci semestr prosesin istiqamətlənməsini və
istiqamətləndirici əməliyyat sistemlərini əhatə
edir. 3-cü və 4-cü semestrlər LAN(Yerli Şəbəkə)
və WAN(Qeniş Ərazi Şəbəkəsi) sistemlərinin
planlaşdırılmasını əhatə edir. Nəzəri
hazırlıqla yanaşı hər bir semestrə praktiki
laboratoriya fəaliyyətləri də daxildir. Cisco Certified
Network Associate (CCNA) kursu haqqında daha müfəssəl
məlumat aşağıda verilir: