AzNET Home Page

"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı
Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun
İnkişaf Etdirilməsi" Layihəsi
United Nations Development Program / AzerbaijanMinistry of Communications and Information TechnologyOpen Society Institute - Assistance Foundation / AzerbaijanAzerbaijan Research and Educational Networking Association

 AzNET haqqında
 Nəşrlər
 İKT üzrə təlimlər
 Yerlərdə təhsil
 Məzmunun inkişafı
 QHT-lərə dəstək
 Regional mərkəzlər
 İKT layihələri
- İnternet siyasəti
- İMTM
- Onlayn məktəblər
- AAMPT
- AzLang.INFO


Dilarə Əliyeva küç.
Draqal döngəsi, 702-ci məhəllə, Poçt Daşıma Mərkəzi,
Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 5963741
Fax: (+99412) 5963742
office@noc.aznet.org

Onlayn məktəblər layihəsi

  1. Əsas məlumat

    QHT-nin adı: Madad Azərbaycan (MƏDƏD) və Relief International - Schools Online (RISOL)
    Layihənin adı: Azərbaycan Müəllimlərinin Peşəkar İnkişafı Proqramı
    Əsas donor: Açıq Cəmiyyət Yardım İnstitutu Fondu(ACYİF)Azərbaycan
    Yardımçı Donor(lar): Qlobal Catalysts Təşkilatı(QCT)
    Hesabat dövrü: 31 Yanvar 2004-cü il - 30 Aprel 2004-cü il
    Bu hesabatın tarixi: 4 May 2004-cü il
    Müəllif: Samir Məmmədov

  2. Layihə statusunun xülasəsi:

    Schools OnlineMədəd Azərbaycan(MƏDƏD) və Beynəlxalq Relief International - Schools Online(RİSOL), Açıq Cəmiyyət Yardım İnstitutu (OSİ-AF) ilə əməkdaşlığı nəticəsində Azərbaycan və Qlobal Catalyst Təşkilatı(QCT) qrup işi və praktiki inteqrasiya vasitəsilə müəllimlərin İnformasiya Kommunikasiya Texnologiyaları(İKT) sahəsindəki bacarığının yüksəldilməsi üzrə Azərbaycan Müəllimlərinin Peşəkar İnkişafı Proqramını (AMPİP) başlayıb.

    Rİ-SOL/MƏDƏD Müəllimlərin Peşəkar İnkişaf Proqramının ümumi məqsədi aşağıdakı konkret məqsədlərin əldə edilməsi vasitəsilə müəllimlərə tədris və öyrənmə proseslərinə İKT-ni səmərəli daxil etməyə imkan verməkdir:

    1. Təhsil Nazirliyinin(TN) Kurrikulumun hazırlanması üzrə işçi qrupu ilə birgə SOL-un Müəllimlərin Peşəkar İnkişafı (MPİ) kurrikulumunu yerli kontekstə(Azərbaycan dilində) uyğunlaşdırmaq.
    2. Bakıda Müəllimləri Təlim Mərkəzini (MTM) yaratmaq. Hazırkı qurumdan treninqlər, seminarlar, konfransların və müəllimlərin inkişafı ilə bağlı digər tədbirlərin keçirilməsi üçün istifadə olunacaq.
    3. Tədris və öyrənmədə texnologiyadan səmərəli istifadədə müəllimləri təlimləndirmək bacarığına malik 10 Master Təlimçi qrupu yaratmaq.
    4. Azərbaycanlı müəllim və tələbələrə ilkin kompüter bilikləri, internetin əsasları, İKT vasitəsilə təlim və tədrisə yeni yanaşmalar sahəsində treninqlərdə Aparıcı Müəllimlər (Master Təlimçilər tərəfindən təlimləndirilən şəxslər) yardım edəcək. Aparıcı müəllimlər treninqləri İctimai İnformasiya Resurs Mərkəzində (İİRM) və məktəblərin kompüter mərkəzlərində keçirəcəklər.(əgər belə mərkəzlər mövcuddursa və ya başqa layihələr çərçivəsində yaradılacaqsa)

    RİSOL-MƏDƏD SOLun TPD kurrikulumunun uyğunlaşdırmasını bitirib və baxılmaq üçün onu TN-ə təqdim edib. TTC Bakıda müvafiq ləvazimatla təchiz edilib və internetə qoşulub. Seçilmiş MT-lər İKT-nin təhsilə inteqrasiyası mövzusunda 1 həftəlik treninqdə iştirak etmişdir. Bu MT-lərdən ikisi Şəkidə 10 Aparıcı Müəllimlərə 1 həftəlik treninq keçmişdir.

  3. Layihə fəaliyyətinin təfsilatı

    1. Layihənin həyata keçirilməsi

      MPİ Planı
      TN işçi qrupu ilə SOL'un MPI planını müzakirə etdikdən sonra, MƏDƏD-lə müqavilə bağlamış, ABŞ-dan müstəqil məsləhətçi Mary Burns(tərcümeyi-hal əlavə edilib) kurrikulumun Azərbaycan dili variantının qəbul edilməsi üzərində iş apardı. Azərbaycan dilinə tərcümə edildikdən sonra, kurrikulum son dəfə nəzərdən keçirilmək üçün Təhsil Nazirliyinə təqdim edildi.

      MTM-in təchizatı
      Rİ-SOL/MƏDƏD MTM-in yeni mebel avadanlığı, kompüterlər və 24 saatlıq internet əlaqəsi ilə təchiz etdi. Hazırda mərkəzin çoxlu sayda kitabı olan kitab rəfləri, dövri jurnallar və broşürlər, kompüter iş masaları, stullar, server, skaner, rəqəmli fotoaparat, surətçıxarma aparatı və lazer printeri var.

      Müəllimlərin Təliminin həyata keçirilməsi
      Schools OnlineBakıda MTM-də beynəlxalq məsləhətçi tərəfindən aparılan treninq üçün SOL/MƏDƏD və TN-nin birgə komitəsi tərəfindən 12 nəfər MT seçdi. Bu MT-lər də öz növbəsində təhsildə texnologiya və internetdən səmərəli istifadə sahəsində təxminən 100 aparıcı müəllimi təlimləndirəcəklər. MT-lər üçün treninq Yanvar ayının 2-ci həftəsi MTM-də, kurrikulumun (yuxarı bax) uyğunlaşdırılması üzərində işləyən beynəlxalq məsləhətçi Mary Burns tərəfindən aparıldı. Mart ayında bu MT-lərdən ikisi, Zərifə Rüstəmova və Sadiq Müstafayev Şəki rayonunda 10 yerli müəllimə treninq keçdilər. Bu RM-lər Rİ/SOL tərəfindən müəyyən edilən meyarlara uyğun seçilmişdi. (Bax: Qoşma 1)

      İştirakçı müəllimlər Azərbaycanda müəllim və tələbələri ilkin kompüter biliyi, internetin əsasları və İKT-dən istifadə vasitəsilə təlim və tədrisə yeni yanaşmalar sahəsində təlimləndirəcək AM qrupları təşkil edirlər.

      Şəki İİRM MPİ treninq kursu üçün istifadə edildi ki, burada iştirakçılar bütün lazımi resursları əldə edə bildilər. Bu mərkəz MƏDƏD tərəfindən planlaşdırılmış və həyata keçirilmiş və OSİ Azərbaycan və GCF tərəfindən dəstəklənən İİRM-in dörd illik proqramına uyğun təsis edilmişdir. Proqram Azərbaycanın ictimai kitabxanalarının zəruri ictimai cəmiyyətlər kimi yenidən fəallaşması üçün təklif olunsa da, MƏDƏD İİRM-in yaşlıları maarifləndirməsi, müəllimlərin təlimi, həyat təcrübəsinin inkişafına yönələn fəaliyyət növləri və icmalar arasında əməkdaşlığa yönələn digər fəaliyyət növləri kimi müxtəlif səviyyəli xidmətlər göstərən inkişaf mərkəzlərinə çevrilməsini nəzərdə tuturdu.

    2. Monitorinq

      Layihə müddətində daimi və davamlı əsasda monitorinq Layihə Əlaqələndiricisi tərəfindən həyata keçiriləcək. Rİ-SOL/MƏDƏD bu qruplar tərəfindən həyata keçirilən treninqlərin müvəffəqiyyət göstəricilərini qiymətləndirmək üçün kurslar bitdikdən sonra MT və AM-lərin tərəqqisinin monitorinqini həyata keçirir.

    3. Əhəmiyyətli səfər və görüşlər

      Layihənin icrasına başlamazdan əvvəl Rİ-SOL/MƏDƏD-in nümayəndəsi SOL kurrikulumu və MPİ layihəsini müzakirə etmək üçün Təhsil Nazirliyi və Təhsilin Müasirləşdirilməsi layihəsinə məsul olan işçi qruplarının nümayəndəsi ilə görüşüb. Nazirlik RI-SOL/MƏDƏD-in layihə çərçivəsindəki fəaliyyətinə ciddi dəstək verdi. Lakin TN-dəki bürokratik çətinliklərə görə Rİ-SOL/MƏDƏD tərəfindən icra edilən bu və digər layihələr çərçivəsində hər iki tərəfin vəzifələrini (öhdəliklərini) müəyyən edən Rİ-SOL/MƏDƏD və TN arasında Anlaşma Memorandumu yalnız Mayın əvvəlində imzalandı.

      Digər görüş yeni Rabitə və İnformasiya Texnologiyaları Naziri ilə keçirildi. Görüş ərzində Bakıdakı MTM və regionlardakı bütün 10 İİRM üçün pulsuz internet əlaqəsi, o cümlədən gələcəkdə Azərbaycanda internet yönümü layihələr təşkil etməyə söz verdi. Buna müvafiq olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə Rİ-SOL/MƏDƏD-in layihələrinə nazirliyin töhfələrini təsvir edən başqa bir Anlaşma Memarandomu imzalanacaq.


  4. Çətinliklər və uğurlar

    Layihədə əsas çətinlik TN və Rİ-SOL/MƏDƏD arasında Anlaşma Memorandumunun imzalanmasındakı gecikmə idi və bu da nəticədə AM-lər üçün treninqlər keçirilməsində gecikməyə səbəb oldu. Həmçinin, tədris ilində işlərin çoxluğu ilə əlaqədar, fevral-mart aylarında müəllimlər treninqdə iştirak edə bilmədi və buna görə də birinci treninq aprel ayında keçirildi. Bununla belə, Rİ-SOL/MƏDƏD qalan treninqləri yay tətili ərzində (İyun-Avqust) keçirməyi nəzərdə tutur.

  5. Məsləhətçinin fəaliyyətləri

    Mary Burns Rİ-SOL/MƏDƏD tərəfindən mövcud SOL TPD kurrikulumunun Azərbaycan variantını (tərcüməyi-hal əlavə olunub) qəbul etmək üçün müqavilə əsasında cəlb edilən, İKT-yə inteqrasiya və təhsil sahəsində təqribən 20 illik təcrübəsi olan müstəqil məsləhətçidir. O, Bakıda Master Təlimçilər üçün 2004-cü ilin yanvarında Microsoft Word, Excəl, PowerPoint, Frontpage, Paint, Adobe Photoşop, Internet Explorer kimi proqramların müxtəlif məqsədlər üçün istifadəsi mövzusunda 6 - günlük treninq kursu keçdi. Bundan əlavə, o iştirakçılara keçilmiş fəaliyyətin 4 əsas komponenti mövzusunda; (məs, mədəniyyət və tarixi, iqtisadi araşdırmalar, rəqəmli mənzərə kimi,) yuxarıda qeyd edilmiş proqramlardan istifadə etməklə təqdimatlar etməyə məsləhət görürdü.

  6. Planlaşdırılan fəaliyyətlər
    1. SOL kurrikulumunun tərcümə edilərək qəbul edilmiş variantını nəşr etmək.
    2. Bakı, Əli-Bayramlı, Gəncə, Quba, Lənkəran, Bərdə, Şamaxı və Ucarda bu regionlarda olan İİRM-dən istifadə etməklə 30 Aparıcı Müəllim üçün treninqlər keçirmək.


  7. Nailiyyətlər

    MTM treninqlər, seminar və digər təhsil və İKT yönümlü fəaliyyətlər üçün istifadə edildi. MM-lər seçildi və onlara beynəlxalq məsləhətçi tərəfindən 2004-cü ilin yanvarında treninq keçirildi. Azərbaycanlı müəllim və tələbələrə ilkin kompüter bilikləri, internetin əsasları, İKT vasitəsilə təlim və tədrisə yeni yanaşmalar sahəsində treninqlər keçəcək 10 yerli müəllimə 2 MT tərəfindən treninq keçidi.


Qoşma 1
Relief International - Schools Online
Müəllimlərin seçilməsi meyarı

Peşəkar İnkişaf Seminarının məqsədi müəllimlərin gündəlik həyatda informasiya və Kommunikasiya texnologiyalarına səmərəli inteqrasiyasına hazırlamaqdır. Daha böyük miqyasda, seminarın müvəffəqiyyəti treninqdə olmuş şəxslərin əldə etdiyi təcrübəni öz məktəblərində digər həmkarları ilə bölüşdürməsi, o cümlədən müəllimlər tərəfindən texnologiyanın necə qavranması və ümumiyyətlə məktəb həyatına inteqrasiyası ilə ölçülür. RI-SOL hesab edir ki, bu meyarlara cavab verən müəllimlər bu seminarda iştirak etməyə tam uyğun gəlir və nəticədə onlar başqa müəllimlər üçün oxşar treninqlər keçirə və köməyini təklif edə bilərlər. Lakin, onlar nəzərdən keçirilərək hər ayrı məktəbin fərdi ehtiyaclarına uyğunlaşdırıla bilər.

Müəllim Peşəkar Seminarında iştirak etməyə tam uyğun gələn şəxslər:

  • Bütün təhsil ili ərzində məktəbdə müəllim kimi işləyəcək
  • Tələbələrin qavrama bacarığını inkişaf etdirməyə meylli olacaq
  • Yeni tədris və öyrənmə üsullarına açıq olmaq
  • Gündəlik tədrisdə əməkdaşlıq layihələri və gündəlik tədrisdə layihəyə əsaslanan öyrənmə üsullarına inteqrasiyaya hazır olmaq
  • Treninqlər, məsləhətlər və əməkdaşlığın digər formalarını həyata keçirməklə əldə olunmuş bilikləri digər müəllimlərlə bölüşməyə hazırlıqlı olmaq
  • Başqa müəllimlərə münasibətdə müəllim kimi işləyəndə sərbəst olmaq
  • Bu layihəyə zəruri vaxt ayıra bilmək bacarığına malik olmaq
  • İl ərzində bir neçə qısa hesabat hazırlamağı bacarsın və buna hazırlıqlı olsun
Lütfən diqqətdə saxlayın ki:
  • Yaxşı olardı ki, hər məktəbdən olan komandalar müxtəlif elmləri tədris edən müəllimlərdən ibarət olsun.
  • Texniki əlaqələndirici istisna olmaqla, qalan şəxslər üçün texniki və kompüter bacarığının olması zəruri deyil
  • İngilis dilini bilmək zəruri deyil, lakin üstünlük sayıla bilər.
   



"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi