İnformasiya
Problemlərinin Araşdırılması Mərkəzi
İnformasiya Problemlərinin Araşdırılması
Mərkəzi (İPAM) keçid iqtisadiyyatı olan ölkələrdə
iqtisadi inkişafa aparacaq və insan inkişafını
təkmilləşdirəcək və açıq, demokratik,
mümkün, mərkəzləşməmiş, ictimai
tələbin nəticəsi və istifadəçinin
nəzarətində olan internetin inkişafını
dəstəkləyəcək hüquqi və tənzimləyici
çərçivənin qəbuluna yönəlmiş
QHT-dir. İPAM siyasi məsələlərdə təcrübəni
təmin etməklə, qanunvericilik sənədləri
ilə bağlı təklifləri irəli sürməklə
siyasət qurucuları və vətəndaş cəmiyyətinə
yardım etməklə bütün tərəfdaşlar
arasında razılıq əldə etmək və dialoqa
nail olunmasına çalışır. İPAM internet
üzrə siyasətin formalaşdırılması
proseslərində yerli tərəfdaşlar üçün
resurs kimi çıxış edir.
İcma
İnformasiya Resurs Mərkəzləri
2001-ci ilin dekabr ayında MADAD ACİ-YF və GCF-lə
əməkdaşlıq edərək Azərbaycanın
səkkiz (8) rayonunun Ictimai Kitabxanalarında İcma İnformasiya
Resurs Mərkəzləri yaratmağa başladı -
Əhmədli (Bakı), Əli Bayramlı, Bərdə,
Gəncə, Quba, Lənkaran, Şamaxı və Şəkidə.
Bu layihənin əsas məqsədi bütün ölkə
üzrə yaradılmış İİRM vasitəsilə
regionlarda əhalinin məlumat massivlərindən istifadə
imkanını daha da artırmaqdır. İnternetə,
məlumata, kommunikasiya vasitələrinə çıxışı
təmin etməklə İİRM-lər regionlarda yaşayan
Azərbaycan vətəndaşlarının qlobal arenada
idarəetmə və işgüzar fəaliyyətdə
iştirakını dəstəkləyəcək və
asanlaşdıracaq.
Onlayn
Məktəblər
Mədəd Azərbaycan(MƏDƏD) və Beynəlxalq
Relief International - Schools Online(RİSOL), Açıq Cəmiyyət
Yardım İnstitutu (OSİ-AF) ilə əməkdaşlığı
nəticəsində Azərbaycan və Qlobal Catalyst Təşkilatı
(QCT) qrup işi və praktiki inteqrasiya vasitəsilə
müəllimlərin İnformasiya Kommunikasiya Texnologiyaları(İKT)
sahəsindəki bacarığının yüksəldilməsi
üzrə Azərbaycan Müəllimlərinin Peşəkar
İnkişafı Proqramını (AMPİP) başlayıb.
Free Libre
and Open Source Software - Proqram Təminatı
Free Libre and Open Source Software (FLOSS) texniki spesifikasiyası
(proqram kodu) dərc olunan və məhdudiyyətsiz nüsxələrdə
sərbəst şəkildə paylanan proqram təminatıdır.
“Propriyetar proqram təminatı” lisenziya müqaviləsi
əsasında verilir və adətən ödənişli
proqram təminatı olur. Propriyetar proqram təminatına
nəzarət vahid bir şirkət tərəfindən
həyata keçirildiyi halda, FLOSS həmişə yox,
ancaq çox zaman, əməkdaşlıq şəraitində
çalışan icma tərəfindən işlənib-hazırlanır.
AzLang.INFO
Layihənin əsas məqsədi Azərbaycanda veb səhifələrinin
yaranmasına köməkdarlıq etmək və mümkün
olan problemləri həll edir. Azərbaycan dilində veb
səhifəsinin yaranması başqa dillərdən
fərqli olaraq, çətin həyata keçirilir. Ancaq
bu o demək deyil ki, Azərbaycan dilində yaradılan
veb səhifələri ilə əlaqədar yaranacaq
bütün problemlərin həlli mümkün deyil.
Bizim məqsədimiz təkcə HTML səhifələrinin
yaradılmasına yardım etməkdən əlavə,
interaktiv mənbələrdə, məsələn, çatlar,
forumlar, səsvermələr, Azərbaycan dilindən
istifadə etməyi istəyən insanlara kömək
etməkdən ibarətdir.