![]() |
|
|
İnformasiya Problemlərinin Araşdırılması Mərkəziİnformasiya Problemlərinin Araşdırılması Mərkəzi (İPAM) keçid iqtisadiyyatı olan ölkələrdə iqtisadi inkişafa aparacaq və insan inkişafını təkmilləşdirəcək və açıq, demokratik, mümkün, mərkəzləşməmiş, ictimai tələbin nəticəsi və istifadəçinin nəzarətində olan internetin inkişafını dəstəkləyəcək hüquqi və tənzimləyici çərçivənin qəbuluna yönəlmiş QHT-dir. İPAM siyasi məsələlərdə təcrübəni təmin etməklə, qanunvericilik sənədləri ilə bağlı təklifləri irəli sürməklə siyasət qurucuları və vətəndaş cəmiyyətinə yardım etməklə bütün tərəfdaşlar arasında razılıq əldə etmək və dialoqa nail olunmasına çalışır. İPAM internet üzrə siyasətin formalaşdırılması proseslərində yerli tərəfdaşlar üçün resurs kimi çıxış edir. İPAM-ə ehtiyac İnternetin inkişafı ölkələrin hüquqi və tənzimləyici çərçivələrindən asılıdır. Bunun nəticəsində dünya xalqları iqtisadiyyata əsaslanan qlobal informasiya və bilik prosesində iştirak etmək istəyi ilə öz hüquqi sistemlərini dəyişdirirlər. Layihə çərçivəsində dövlət rəsmiləri, yaranan internet şirkətləri və QHT-lərə internetin inkişafı üçün əlverişli mühitin yaradılması məqsədilə siyasət çərçivəsinin və ölkə üzrə strategiyaların hazırlanması sahəsində köməkliyin göstərilməsinə xüsusi ehtiyac var. İPAM-ın yanaşması İPAM İKT sahəsində dövlət tənzimlənməsində şəffaflıq və ehtiyatlılıq prinsipləri, həmçinin bazarın tənzimlənməsi, ayrıseçkiliyin olmaması, ədalətli rəqabət və özəlləşdirmə, münasib tariflər, informasiya ehtiyatlarına çıxış və ümumi telekommunikasiya xidmətlərinin üstünlüyünü qoruyan islahatları inkişaf etdirir və dəstəkləyir. İTP yanaşması bütün səviyyələrdə fəaliyyət göstərək tərəfdaşlar – İSP-lər, kontent təminatçıları, telekommunikasiya və simsiz xidmətlər göstərən şirkətlər, QHT-lər, universitetlər, dövlət rəsmiləri və xarici investorların iştirakı ilə dialoq və dəyirmi masaların təşkil edilməsindən ibarətdir. İPAM fəaliyyətlərinə aşağıdakılar daxildir:
İPAM direktoru Yaşar Hacıyevin rəhbərliyi ilə 2001-ci il martın 31-dən Azərbaycanda fəaliyyətə başlayıb. İPAM hüquqi eksperti Akif Əliyev 2002-ci ilin aprel ayından layihəyə qoşulub. İPAM Azərbaycanda İKT nizamlanmasının inkişafı ilə bağlı layihənin həyata keçirilməsinə yerli və beynəlxalq mütəxəssisləri fəal şəkildə cəlb etmişdir. İPAM internet və kontent təminatçıları, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Prezident Aparatı nəzdində informasiya resursları və texnologiyaları şöbəsi, Milli Məclisin yarım-komissiyası, Açıq Cəmiyyət İnstitutu, BMTİP kimi İKT tərəfdaşlarla əməkdaşlığın yaradılmasında uğur qazanıb. IPAC dövlət işçi qrupu çərçivəsində elektron imza, elektron kommersiya, elektron-sənədlər haqqında qanunların və kiber cinayətlər üzrə dövlət strategiyasının və s. sənədlərin hazırlanmasında iştirak etmişdir. IPAC Azərbaycan aşağıdakı layihələri həyata keçirib:
İPAM əlaqə məlumatları Akif Akiyev, İPAM IPAC legal expert |
"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi |
![]() |