![]() |
|
|
Free Libre and Open Source Proqram TəminatıFree Libre and Open Source Software (FLOSS) - Proqram Təminatı nə deməkdir? Free Libre and Open Source Software (FLOSS) texniki spesifikasiyası (proqram kodu) dərc olunan və məhdudiyyətsiz nüsxələrdə sərbəst şəkildə paylanan proqram təminatıdır. "Propriyetar proqram təminatı" lisenziya müqaviləsi əsasında verilir və adətən ödənişli proqram təminatı olur. Propriyetar proqram təminatına nəzarət vahid bir şirkət tərəfindən həyata keçirildiyi halda, FLOSS həmişə yox, ancaq çox zaman, əməkdaşlıq şəraitində çalışan icma tərəfindən işlənib-hazırlanır. FLOSS elektron poçtun göndərilməsi, Veb kontentin çatdırılması kimi əsas server funksiyalarından mətn prosesorları, elektron cədvəllər, Veb brauzerlər və s. kimi hər növ proqramların işlənib-hazırlanmasına kimi müxtəlif məqsədlər üçün istifadə olunur. Əlavə olaraq, pulsuz və açıq qaynaqlardan əldə olunan proqramlardan aşağıdakılar üçün istifadə olunur: çoxlu sayda məlumatın saxlanılması və təhlili (verilənlər bazaları, məlumatın təhlili); video və audio faylların çevrilməsi, redaktəsi və canlandırması; kriptoqrafiya proqramları; həm server, həm də fərdi kompüterlərdə istifadə olunan başqa növ vasitəçi alətlər. Çoxlu sayda QHT-lər artıq veb kontentin idarə olunması və ya müştəri menecmenti sahəsində açıq qaynaqlardan əldə oluna bilən proqramlardan istifadə etməyə və ya özləri bu kimi proqramları işləyib-hazırlamağa başlayıblar. Proqramçılara başqalarının nəticələrindən istifadə etmək imkanı verərək proqramların hazırlanmasını asanlaşdıran Open Sourse (Açıq Qaynaq) modeli inqilabi inkişafın təminatçısı olduğunu sübut etmişdir. Nəticədə open source proqram təminatının keyfiyyəti daim artmaqdadır və onlar artıq propriyetar və ya kommersiya xarakterli proqram təminatının məhsuldarlıq səviyyəsinə çatıblar və bəzən onu üstələyiblər. Baxmayaraq ki, proqram təminatının həqiqi qiyməti onun ilkin alış qiymətindən yuxarıdır, FLOSS-un daha asan əldə olunma və yeniləşmə imkanları artıq onun mövcud populyarlığına gətirib çıxarır. Proqram təminatının açıq qaynaqlardan əldə olunması faktı bu sahədə maddi marağı olmayan və könüllü şəkildə çalışan yüzlərlə mühəndislər üçün böyük əhəmiyyət kəsb edir və proqram təminatının daim mükəmməlləşdirilməsi üçün əməkdaşlıq imkanları yaradır. Bundan əlavə, propriyetar proqramlardan fərqli olaraq, FLOSS açıq standartlar əsasında yaradılır, və beləliklə proqram təminatının başqa proqramların ayrı-ayrı hissələri ilə birgə istifadəsinə imkan verir və proqramların qarşılıqlı funksionallığını artırır. Nəhayət, FLOSS və açıq standartlar hər hansı bir konkret təchizatçıdan olan asılılığın qarşısını alır. Bu kimi asılılıq halında - məlumatın propriyetar formatda olduğu zaman, onun miqrasiyasının çox baha və ya mümkünsüz olması üzündən təşkilatlar köhnə və hərdən məhsuldarlığı yetərsiz olan proqramlardan istifadə etməyə məcbur olurlar və bu problem artıq ümumi xarakter almışdır. Nə üçün FLOSS qeyri-kommersiya təşkilatlarında və məktəblərdə tətbiq olunur? Qeyri-kommersiya təşkilatlarının və məktəblərin öz fəaliyyətləri və missiyaları üçün sərbəst və açıq qaynaqlardan (FLOSS) olan proqram təminatından istifadə etmələrinin milyardlarla həm praqmatik, həm də qiymətlərdən asılı olan səbəbləri var:
Dil/Lokalizasiya. Yuxarıda göstərildiyi kimi, Açıq Qaynaq Proqram Təminatının lokalizasiya daxil olmaqla çoxlu üstünlükləri var. Bakıda qeyri-kommersiya təşkilatları ingilis və ya rus dilində olan proqramlardan istifadə zamanı çətinlik çəkməsələr də, rayonlardakı istifadəçilər ana dillərindən istifadəsinə üstünlük verirlər. Eyni hal məktəb şagirdlərinə də aiddir və proqram təminatının ana dilində olması dil maneələrini aradan qaldıra bilər. Lokalizasiya layihələri
|
"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi |
![]() |