Qabaqcıl veb-dizaynla tanış olmaq istəyənlər
üçün veb-laboratoriya yaxşı bir vasitədir.
Laboratoriya PC və Macintosh kompüterləri, rəngli
və a/q printerlər, skaner və audio-avadanlıqla təchiz
olunub.
Laboratoriyanın
aparat və proqram təminatı demək olar ki, hər
növ nəşr, qrafik, maket, veb üzrə işlərin
aparılmasına imkan yaradır. Laboratoriyada qabaqcıl
təlim dərsləri keçirilir və kontentlə
bağlı rəqabətli layihələr hazırlanır.
Veb Kontentin İşlənilməsi Layihəsinin
məqsədi QHT-lar və kontenti humanitar sahədə
olan layihələrin hər birisi üçün 30 Mb
yaddaş sahəsi, elektron poçt ünvanı və
veb kontentin yaradılmasında maraqlı olanları dəstəkləmək
üçün bütün zəruri avadanlıq və
proqram təminatı ilə təchiz olunmuş Veb Laboratoriyada
sərbəst işləmək imkanı yaratmaqdır.