AzNET Home Page

"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı
Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun
İnkişaf Etdirilməsi" Layihəsi
United Nations Development Program / AzerbaijanMinistry of Communications and Information TechnologyOpen Society Institute - Assistance Foundation / AzerbaijanAzerbaijan Research and Educational Networking Association

 AzNET haqqında
 Nəşrlər
 İKT üzrə təlimlər
 Yerlərdə təhsil
 Məzmunun inkişafı
- Veb labaratoriyası
- Veb Hostinq
 QHT-lərə dəstək
 Regional mərkəzlər
 İKT layihələri


Dilarə Əliyeva küç.
Draqal döngəsi, 702-ci məhəllə, Poçt Daşıma Mərkəzi,
Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 5963741
Fax: (+99412) 5963742
office@noc.aznet.org

Kontentin işlənilməsi

Azərbaycan ilə bağlı veb-kontentin həm keyfiyyət, həm də azərbaycanca informasiyanın həcmi baxımından ingilis, rus və digər dillərdə olan keyfiyyətli analoqlar səviyyəsində inkişaf etdirilməlidir. Həm Azərbaycan domenində, həm də digər domenlərdə Azərbaycan haqqında internet saytlarının sayı azdır. Yerli kontentlə və Azərbaycan dilində hazırlanmış interaktiv internet resurslarının sayı azdır. Bu cür layihələr üzərində çalışan az sayda şəbəkə inkişafı qrupları vardır, və onların irəli sürdükləri təşəbbüslər zəif təşkil olunmuşdur. Ən fəal qrup isə "Azer.net" şəbəkə inkişaf qrupudur. Azərbaycanın regionları ilə bağlı bir neçə internet səhifəsi, əyləncə internet səhifələri və interaktiv şəbəkə kontent alətləri Azer.net tərəfindən hazırlanmışdır. Həmçinin bir neçə dəyərli şəbəkə layihəsi də NİCTS tərəfindən yaradılmışdır.

ACİ-YF-nun fəaliyyəti

ACİ-YF/Azərbaycan təşkilatının İnformasiya Proqramı tərəfindən veb-kontentin işlənilməsi layihəsi zamanı bir neçə layihəyə başlanmışdır:
  • İnternet üzrə ilkin dəst - Bu layihənin məqsədi fiziki şəxslərə və təşkilatlara internetdə azərbaycanca məzmun düzəltməyə və dərc etməyə kömək etmək idi. Layihənin nəticə etibarı ilə 60-dan çox internet səhifəsi hazırlanmış və həmin səhifələrin hostinqi ACİ-YF tərəfindən təmin edilmişdir. Bu internet səhifələrinin siyahısı http://www.osi-az.org/links.shtml səhifəsində tapıla bilər.
  • AzerWeb - Azərbaycanın ən böyük QHT portalıdır. Layihənin məqsədi QHT-lərə gündəlik fəaliyyətləri barədə məlumatları dərc etməyə imkan yaratmaqdır. 300-dən çox yerli və beynəlxalq təşkilat AzerWeb-də qeydiyyatdadır. AzerWeb layihəsinin məqsədi Azərbaycandakı yerli və beynəlxalq QHT-lərin fəaliyyətini işıqlandırmaq üçün xidmətlərin təşkili və idarə olunmasıdır. Uğurla fəaliyyət göstərərək AzerWeb yerli və beynəlxalq QHT-lərin ən tanınmış və populyar internet səhifələrindən birinə çevrilmişdir. Gündə 200-ə qədər istifadəçi toplaması portal/saytin icra etdiyi rolun vacibliyini göstərir. Xidmətlərin genişlənməsi və artırılması çərçivəsində portal şlüzu üzrə birgə iş görülmüşdür. QHT-lər üçün faydalı informasiya dərc olunması üçün QHT-lərlə (Mercy Corps, AYLU, və b.) və dövlət orqanları (Dövlət Statistika Komitəsi) ilə əlaqələr qurulmuşdur.
  • Veb-kontent layihələri, www.saznet.org kimi - Azərbaycan internet resursları məlumat kitabçası, vebmail.aznet.org - İRTC istifadəçiləri üçün pulsuz poçt xidməti, forum.aznet.org – ictimai forum, və sair İnformasiya Proqramının Veb-Kontentin Hazırlanması komandası tərəfindən hazırlanmışdır.
  • Veb-kontentin işlənilməsi layihəsinin məqsədi QHT-lər və humanitar kontent üçün pulsuz hostinqin təmin edilməsidir. 30 MB yaddaş sahəsi, e-poçt adresi və maraqlanan insanları veb-kontenti sövq etmək üçün bütün lazımı cihazlar və proqram təminatı ilə təchiz olunmuş Veb- Laboratoriyasına çıxış.
  • Lokalizasiya layihələri – iki layihə (Azərbaycan Şrift Dəyişdirmə Layihəsi [http://convert.aznet.org], İnternetdə Azərbaycan Dili Layihəsi [http://www.azlang.info]) yerli veb-masterlərə Azərbaycan dilindən istifadə etməkdə kömək etmək üçün hazırlanmışdır.

Gələcək fəaliyyətlər
Veb kontentin yaradılmasının əsas istiqamətləri aşağıdakılardır:

Proqramın hədəf qrupları üçün interaktiv veb-kontentin işlənilməsi və inkişafı: QHT-lər, elm institutları, məktəblər və hökumət

İKT alətlərinin inkişaf etdirilməsinin məqsədi yerli və beynəlxalq QHT-lər, həmçinin qeyri-kommersiya və əlaqəli bütün biznes və hökumət təşəbbüsləri arasında informasiya mübadiləsini aktivləşdirməkdir.

Layihənin bu hissəsinin icrası vaxtı AzerWeb QHT portalı diqqətini QHT fəaliyyətinin xüsusi sektorlarını (Gender, İnsan Hüquqları, Təhsil, Səhiyyə, və s.) əhatə etməyə verəcək olan bir neçə nisbətən kiçik hissə ilə genişləndiriləcəkdir. AzerWeb saytında qeydiyyatdan keçmiş təşkilatları nəzərə alaraq bu layihənin inkişafının konkret məsələlərə yönəlmiş QHT-lərin xüsusi qrupları ilə daha diqqətli işləməyə icazə verən növbəti addımı kimi qəbul oluna bilər.
Məsələ-əsaslı şəbəkə ilə işləmək onların müəyyən məqsədlərinin həyata keçirilməsinin effektivliyini artıracaqdır. Məsələ üzrə xəritə alətlərinin və metodologiyanın AzerWeb ilə inteqrasiyası QHT-lərin əməkdaşlıq etmək, təşkil etmək və ya kampaniyalar keçirmək potensialını genişləndirəcəkdir.
eRider layihəsi - məqsədləri hər təşkilata inkişaf etməkdə və öz unikal məqsədlərinə, ehtiyaclarına və mahiyyətinə görə seçilən informasiya kommunikasiya texnologiyası (İKT) strategiyasını həyata keçirməkdə kömək etmək olan QHT-lər üçün texniki dəstək və məsləhətlər. Layihənin icrasının birinci ili ərzində 3 eRider 30 yerli QHT ilə işləyəcəkdir ki,

  • Yerli QHT-lərə iş standartlarının, əməkdaşlarının idarəetmə üzrə bacarıqlarının təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə onların məqsədləri, missiya və hədəflərinə uyğun şəkildə alətlərin və köməkliyin təmin edilməsi.
  • QHT-lər üçün müxtəlif mövzular üzrə təlim materiallarını hazırlasın.
  • QHT-lər arasında informasiya mübadiləsi üçün ümumi standartlar ortaya qoysun.
  • QHT-lə işləyən bütün qurum və təşkilatların konsolidə edilməsi

Yuxarıda qeyd edilən məqsədlərə qeyri-kommersiya təşkilatlarını İKT məsləhətləri və treninqlərlə təmin etmək və qeyri-kommersiya təşkilatları üçün internet resursları hazırlamaqla nail olunacaq. QHT-lərə İKT məsləhətləri ilə müraciət etməyin bir neçə yolu var. Biri seçilmiş QHT-ləri yığmaq və onlara terninqlər/seminarlar keçməkdir.

Fəaliyyətlər:

  • İT ehtiyaclarını dəyərləndirmək
  • Treninq resurslarını hazırlamaq
  • İnformasiya mübadiləsi üçün ümumi mühit standartlarını ərsəyə gətirmək
  • İlkin informasiya təhlükəsizliyi üzrə tövsiyələri hazırlamaq

QHT-lər üçün pulsuz internet xidmətləri təmin etmək. Veb-Kontentin işlənilməsi layihəsi QHT-lər üçün pulsuz yaddaş təmin etməyə davam edəcəkdir. Hostinq sistemi daha çox funksional imkanlar əlavə edilməklə təkmilləşdiriləcək.

Free Libre and Open Source Proqram Təminatının QHT-lər, məktəblər və universitetlər arasında təbliğ və tətbiq edilməsi .

İnternet alətlərinin və masaüstü proqram təminatının yerli mühitə uyğunlaşdırılması və hazırlanması.

Populyar proqram təminatının və pulsuz veb alətlərinin Azərbaycan dilinə tərcüməsi üzrə layihələr (ofis proqramları və əməliyyat sistemi) həyata keçiriləcəkdir. Bu layihə ərzində müxtəlif qrup benefisiarlar (QHT-lər, hökumət, məktəblər) üçün Proqram Təminatı Komplekti CD-si hazırlanacaqdır. Pulsuz internet alətləri və masaüstü proqram təminatı internetdə Azərbaycan dilində dərc olunacaqdır.

Azərbaycanlılar tərəfindən hazırlanmış Azərbaycan dilində və Azərbaycan haqqında veb-kontent artırılacaqdır. Bu layihənin benefisiarlarının maraqları dairəsində internet portalları olacaqdır.

Bütün icra müddəti ərzində, layihə informasiya materialları, bülletenlər və məqalələrin (İnternet daxil olmaqla) KİV-də və təqdimatlar vasitəsilə dərc edilməsi və yayılması vasitəsilə ciddi ictimai agahlıq / ictimaiyyətlə əlaqələr siyasətini formalaşdıraraq həyata keçirəcəkdir. . Veb-dən bu məqsədlə, həmçinin istifadə ediləcək.

   




"Internet Access and Infrastructure Developmen for research, educational and civil society development purposes" project