AzNET Home Page

"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı
Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun
İnkişaf Etdirilməsi" Layihəsi
United Nations Development Program / AzerbaijanMinistry of Communications and Information TechnologyOpen Society Institute - Assistance Foundation / AzerbaijanAzerbaijan Research and Educational Networking Association

 AzNET haqqında
- Layihə haqqında
- Vəziyyətin təhlili
- Strategiya
- İdarəçilik
- Donorlar
- Şəbəkə göstəriciləri
- Qoşulma yollar xəritəsi
- Əlaqələr
- İşçilər
 Nəşrlər
 İKT üzrə təlimlər
 Yerlərdə təhsil
 Məzmunun inkişafı
 QHT-lərə dəstək
 Regional mərkəzlər
 İKT layihələri


Dilarə Əliyeva küç.
Draqal döngəsi, 702-ci məhəllə, Poçt Daşıma Mərkəzi,
Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 5963741
Fax: (+99412) 5963742
office@noc.aznet.org

Strategiya

Layihə İKT-nin üç əsas xüsusiyyətləri əsasında qurulub: İKT-dən istifadə edərək, etibarlı və azad informasiya axınını təmin etmək üçün şəbəkələrin qurulması, kontentin işlənilməsi və social-texnoloji inkişaf alətlərinin təmin edilməsi. Bu xüsusiyyətlərə əsaslanaraq, layihə dörd komponentdən ibarət olacaqdır:

  • İKT şəbəkələr - ötən illərdə yalnız bir-birilə əlaqəsi olan məkanlarda mümkün olan hərtərəfli əlaqənin yeni mərhələsinə qədəm qoyur. Şəbəkələrdən istifadənin təsiri rəqəmsal medianın əsas xüsusiyyətlərindəndir: ayrı-ayrı fərdləri və qrupları qlobal məkanda real vaxt ölçüsündə bir araya gətirmək imkanı;
  • TəlimKontentin işlənilməsi - milli E-resursların inkişaf etdirilməsi, dəstəyi və yayımına dair yerlərdə məsləhət xidmətlərinin və təlimlərin keçirilməsi potensialının yaradılması. Layihə Vətəndaş və İnformasiya Cəmiyyəti üçün hazırda mövcud olan və yeni E-Resursların (Veb səhifələr və portallar, onlayn bələdçilər, təlim materialları, distant təhsil kursları) müyəssərliyini genişləndirir. Təlim və Kontentin İşlənilməsi prosesi vahid bir mərhələdə həyata keçiriləcəkdir. Regionlarda bu proses İKTMS layihəsi çərçivəsində yaradılmış Regional İnformasiya mərkəzləri və ACİ-YF-nun mövcud infrastrukturunun cəlb edilməsi ilə həyata keçirilə bilər;
  • İKT vasitələri - İKT mühitinin dəyişdirilməsi ilə sistemli effektə nail olan davamlı, qiymət nöqteyi-nəzərdən əlverişli, genişlənən və güclü əmsala malik olan layihələr və resurslar;
  • Siyasi komponent - Vətəndaş və İnformasiya Cəmiyyətləri üçün İKT-nin təqdim etdiyi üstünlüklərdən istifadəni mümkün edən müvafiq mühitin yaradılmasına yönəlir. Dövlət siyasəti infrastruktura investisiyaların irəlilətməsi prosesində ən vacib amildir və bu baxımdan İnternetə çıxışın qiymətinin azaldılması və E-resurslardan şəbəkələr vasitəsilə istifadə imkanının yaradılması zəruridir.

Layihənin məqsədi qeyd olunan qurumlar üçün - ali təhsil və elmi-tədqiqat institutları, orta məktəblər, kitabxanalar, QHT-lər, mədəni və ictimai qruplar - qeyri kommersiya xarakteri daşıyan Proqram təminatı və İnternet Xidməti Provayderlərinin (İSP) yaradılmasıdır. Layihə İKT-dən istifadəni genişləndirmək və hazırda mövcud məsələləri Azərbaycanın elmi-tədqiqat, təhsil, qeyri-hökumət və hökumət institutları çərçivəsində həll etmək və layihəyə qoşulmaq istəyində olan istifadəçi qruplarını və təşkilatları ölkə daxilində və xaricdə tədris, təlim və elmi-tədqiqat proseslərinin geniş dəstəklənməsi məqsədilə, İnternet məlumat resursları ilə ödənişsiz şəkildə təmin edəcəkdir.

Layihə İKTMS layihəsi, Elmlər Akademiyası tərəfindən idarə edilən AzRENA Assosiasiyası və ACİ-YF-nun İnformasiya proqramı tərəfindən təməli qoyulmuş inkişaf fəaliyyətini davam etdirəcəkdir. O, NATO-nun Virtual İpək Yolu Layihəsinin xarici İP bağlantı üçün göstərdiyi yardımdan da bəhrələnəcəkdir. Layihə, həmçinin, ölkədə infrastrukturun inkişafı üçün NATO - nun Elmi Proqramı çərçivəsində ayrılmış CARANA və NİG qrantlarının bütün resurslarından geniş istifadə edəcəkdir. Layihə tərəfindən təklif edilən şəbəkə Bakıda və Azərbaycanın iri şəhər və/yaxud regionlarında mövcud olacaqdır. Şəbəkə ATS-lərin mərkəzi idarələrində (Bakıda Bakı Telefon Rabitə İstehsalat Birliyi, regionlarda isə AzTELECOM vasitəsilə) yerləşən giriş nöqtələri olan DSL xətti kimi icra edib. Giriş nöqtələrini birləşdirmək üçün şəbəkə potensialı Bakı ATS-ni öz Mərkəzi idarələri ilə birləşdirən optik lifli infrastrukturunu icarəyə götürülərək onun üzərində qurulmuşdur. İlkin xətt sürəti 100 MBPS-dən aşağı olmamalıdır.

Əsas İnternet xəttindən istifadə edən mərkəzi idarələrin sayı şəhər üzrə istifadəçilərin sayına əlaqədar olaraq təyin ediləcək və layihə boyu onların sayı artırıla bilər.

İstifadəçilər DSL xidmətlərini sürət 64 KBPS-dən aşağı olmamaq şərtilə, müvafiq kateqoriyaya uyqun olan sürət və texniki spesifikasiya əsasında alır. Simsiz və optik lifli texnologiyaları lazım olan təqdirdə DSL infrastrukturunu tamamlaya bilər. Şəbəkə həmçinin müvafiq dial-up funksiyasından da istifadə edəcək.

Bakıdan kənarda, şəbəkə yerlərdə müvafiq texnologiyalardan istifadə etməklə və ölkə ərazisini maksimum əhatə etmək üçün Giriş nöqtələri (GN) yaradır. Uzaqda yerləşən GN-ri şəbəkənin Bakıdakı özəyi ilə icarəyə götürülmüş xətlər vasitəsilə əlaqədə olacaqlar və bu şəbəkədaxili məlumat mübadiləsi və kontentin işlənməsinə təkan verəcək.

Layihənin başlanğıcında şəbəkənin xarici bağlantı ilə təmin olunması NATO-nun Virtual İpək Yolu Layihəsi tərəfindən təmin ediləcək. Tələbat artdıqca, Layihə Virtual İpək Yolu layihəsi və ya digər mənbələrdən əlavə kanalların əldə edilməsi məsələsini müzakirə edəcəkdir.


Related links:
   




"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi