Layihə İKT üzrə Milli Strategiyaya uyğun olaraq
hazırlanır və Azərbaycan Hökuməti, ACİ-YF,
BMTİP və AZRENA tərəfindən həyata keçiriləcək.
Hökumətin iştirakı
Layihə ilə
əlaqədar fəaliyyətin həyata keçirilməsi
üçün pulsuz və funksional ofis yeri və məsləhətçilərin
öz missiyalarını yerinə yetirə bilməsi
üçün lazım olan hər bir məlumata çıxışın
təmin edilməsi. Buna baxmayaraq qeyd etmək lazımdır
ki, layihəyə təlim məşğələlərinin
keçirilməsi üçün xüsusi yer və avadanlıq
tələb olunduğu halda və Hökumət tərəfindən
həmin şəraitin tam təmin edilməsi mümkün
olmadıqda, layihə müvafiq yeri icarəyə götürmək
hüququna malikdir. Məsul qurumların binasında məsləhətçilər
üçün müvafiq ofis sahəsinin olması məqsədəuyğun
olardı. Regionlarda keçiriləcək təlim məşğələlərinə
gəldikdə isə, Azərbaycan Hökuməti və
BMTİP-nin birgə həyata keçirdikləri "İnformasiya-Kommunikasiya
Texnologiyaları üzrə Milli Strategiya və onun ilkin
mərhələdə həyata keçirilməsi" layihəsi
çərçivəsində yaradılmış Regional
İnformasiya Mərkəzləri və ACİ-YF-nun imkanlarından
istifadə edilə bilər.
Təlim kurslarının
hazırlanmasında ümumi köməkliyin göstərilməsi,
o cümlədən BMTİP ilə məsləhətləşərək,
təlimlərə dəvət ediləcək şəxslər
üzrə təkliflərin verilməsi. Bu şəxslər
həm mövcud, həm də gələcək peşəkar
vəzifələrində müasir İKT təcrübəsinin
fəal tətbiqi sahəsində sıx çalışmalıdırlar.
Ən münasib
milli ekspertlərin müəyyən edilməsində
BMTİP-yə yardım göstərilməsi. Bu ekspertlər,
hökumət rəsmiləri və/və ya özəl
sektorun nümayəndələri, hökumətin İKT
sahəsində siyasətini aydın təsəvvür
etməlidir. Məsul qurum layihəyə təyin olunmuş
beynəlxalq və milli məsləhətçilərlə
sıx əməkdaşlıq şəraitində fəaliyyət
göstərəcəkdir.
Layihənin
Milli Əlaqələndiricisini (LMƏ) təyin edir və
layihənin bütün müddəti ərzində Milli
Əlaqələndiricinin əmək haqqını ödəyir.
BMTİP-in iştirakı:
- Üç il müddətinə Layihənin büdcəsinə
350.000 ABŞ dolları məbləğində vəsaitin
ayrılması;
- Layihə çərçivəsində işə cəlb
ediləcək beynəlxalq / yerli təlim məsləhətçilərinin
və layihə əməkdaşlarının seçilməsi
prosesinə yardım göstərilməsi;
- Müəyyən edilmiş beynəlxalq və yerli
məsləhətçilərin təlimləndirilməsi;
- Təlim fəaliyyətinin təşkilində, avadanlıq
təchizatçılarının seçilməsində
və təlim kurslarının tərtibatında iştirak;
- Layihənin rəhbərliyi ilə sıx əməkdaşlıq
şəraitində layihənin nəticələrinin
keyfiyyətinə nəzarət etmək.
- Bu layihə vasitəsilə BMTİP İKT-nin milli
inkişaf məqsədilə gücləndirilməsi
sahəsində Azərbaycan Hökumətinin əsas
müşaviri kimi çıxış edir.
AzRENA-nın iştirakı
- Üç il müddətinə Layihənin büdcəsinə
350.000 ABŞ dolları məbləğində vəsaitin
ayrılması;
- Layihənin başlanğıc mərhələsində,
NATO-nun "Virtual İpək Yolu" layihəsi vasitəsilə
internetə çıxışın təmin edilməsi;
- Bakı və regionlarda mövcud olan MN-ləri vasitəsilə
layihəyə dəstək göstərilməsi.
Azərbaycan
Elmi-Tədqiqat və Təhsil Şəbəkələri
Assosiasiyası (AzRENA) 2000-ci ilin avqust ayında aparıcı
elmi-tədqiqat institutları və universitetlər tərəfindən
təsis edilmişdir. AzRENA şəbəkəsi Milli
Elmlər Akademiyasının əsas binalarını
optik lifli kanal vasitəsilə birləşdirən və
yerli ISP-yə 64kbps buraxma qabiliyyəti ilə icarəyə
götürülmüş kanal üzrə qoşulan
və 1995-ci ildən mövcud olan akademiya şəbəkəsinin
əsasında yaradılmışdır. İnfrastrukturun
gələcəkdə genişləndirilməsi NATO-nun
elm proqramının qrantları ilə dəstəklənib.
Hazırkı vaxtda AzRENA 15 təhsil və elmi mərkəzi
birləşdirir. Bu gün üçün AzRENA vasitəsilə
(domen AzRENA.org) İnternetə 6000 istifadəçiyə
xidmət göstərən 900-dən yuxarı işçi
stansiya qoşulur.
Hazırkı
Layihədə AzRENA elmi-tədqiqat təşkilatlarını
təmsil edir. AzRENA şəbəkəsinin mərkəzi
elementi Milli Elmlər Akademiyasında yerləşən
Şəbəkə Əməliyyat Mərkəzidir
(ŞƏM) ŞƏM-in avadanlıqla təchizatı
NİG 976 370 NATO qrantı və, həmçinin, NATO-nun
Elm "Proqramının Virtual İpəkyolu" Beynəlxalq
Layihəsi hesabına həyata keçirilib. VSAT-terminalı,
peyk və müvafiq şəbəkə avadanlığı
EUROASİASTAT yerüstü peyk stansiyası va sitəsilə
West Europe (Qərbi Avropa) Magistral Şəbəkəsinə
yüksək sürətli bağlantını əldə
etmək imkanını yaradır.
Şəbəkə
Əməliyyat Mərkəzi ilə bağlantı simsiz
və, həmçinin, ayrılmış xətlər
vasitəsilə həyata keçirilir.
ACİ-YF-nun iştirakı:
- Üç il müddətinə
Layihənin büdcəsinə 586.036 ABŞ dolları
məbləğində vəsaitin ayrılması;
- İKT-nin
təhsildə tətbiq edilməsinə dair Layihəyə
məsləhət xidmətinin göstərilməsi;
-
Yaradılacaq sistemin idarə olunmasını təmin etmək
məqsədilə AzRENA ilə birlikdə layihənin
texniki heyətlə təmin edilməsi;
- ACİ-YF tərəfindən
həyata keçirilmiş əvvəlki və hazırda
həyata keçirilən layihələrin nəticə
və resursları ilə tanılş olmaq imkanının
yaradılması.
Layihəyə nəzarət Rəhbər Komitə tərəfindən
həyata keçiriləcək. Rəhbər Komitəyə
layihəni maliyyələşdirən Tərəfləri
təmsil edən eyni sayda nümayəndələr daxildir.
Qalan nümayəndələri üç Tərəfin
razılığı ilə müəyyən edir. Rəhbər
Komitənin iclası ildə 4 dəfə çağırılır.
Layihənin
həyata keçirildiyi müddətdə İnternet Xidmətinin
təmin edilməsi layihə heyəti tərəfindən
həyata keçiriləcək. Gələcəkdə
bu struktur Azərbaycan Elmi-Tədqiqat və Təhsil Məlumatı
Şəbəkəsi kimi qeydiyyatdan keçiriləcək.
ACİ-YF öz
institusional telekommunikasiya məlumat şəbəkəsini
1998-ci ildə yaradılmışdır. Bu şəbəkə,
ACİ-YF və NATO-nun elmi proqramından alınan qrantlar
hesabına yaradılmış və mənfəətsiz
fəaliyyət göstərən informasiya kommunikasiya
sistemidir. ACİ-YF-nun institusional məlumat şəbəkəsi
hökumət və özəl İT provayderləri
tərəfindən təmin olunan mövcud milli telekommunikasiya
resurs və xidmətlərdən istifadə edən uğurlu
ictimai şəbəkənin nümunəsi kimi çıxış
edir. Fiziki infrastruktura (avadanlıq) əlavə olaraq,
bu məlumat şəbəkəsi AZNET.ORG adlı tanınmış
domen və İKT sahəsində mütəxəssislərin
hazırlığı ilə məşğul olan Resurs
və Təlim Mərkəzləri şəbəkəsinə
malikdir.
Bir ənənə
olaraq ACİ-YF layihədə hökuməti (məktəb
və kitabxanalar), QHT-ləri (müxtəlif sahələrdə
fəaliyyət göstərən QHT-lər, konkret İKT
layihələri, təşəbbüs qrupları) və
beynəlxalq təşkilatları ("Harmony" Layihəsi,
Relief İnternational, Onlayn Məktəblər), onların
dəstəyi və yardımı ilə yaradılmış
mütəxəssis birliklərini təmsil edir. Bu halda
həmin konsorsiumlar son istifadəçi və milli elektron
kontentin yaradıcılarından (məktəblər,
kitabxanalar, təlim-tədris və ali təhsil müəssisələri)
ibarət alternativ birliklər və assosiasiyaların
yeni növlərini təşkil edirlər.
Layihəyə
ildə 200.000 ABŞ dolları məbləğində
birbaşa köçürülən maliyyə vəsaitindən
əlavə, ACİ-YF dolayısı ilə layihəyə
bütün mövcud və perspektiv resurslar, layihələr,
ACİ-YF-nun Təhsil və İnformasiya Proqramlarının
ekspert potensialı ilə də dəstək göstərəcəkdir.
Bu töhfə aşağıdakılardan ibarətdir:
1. Avadanlıq
Bakı, Gəncə
və Mingəçevir şəhərlərində infrastrukturun
dəstəklənməsi üçün istifadə
edilən “ACİ-YF"-un balansında olan avadanlıq; Bakı
və Gəncə şəhərlərində yerləşən
İctimai İnternet Mərkəzlərinin avadanlığı;
Bakıda Təlim Mərkəzlərinin avadanlıq və
resursları.
2. Layihələr
ACİ-YF-un
əməliyyat layihələri: CNAP
(CISCO), eRider,
Veb Kontentin İşlənilməsi
və Təlim
Sistemi, Floss
və digər lokalizasiya layihələri, Onlayn
Məktəblər.
3. Veb-resursları
ACİ-YF-un
Hostinq sistemi
və mövcud Veb Resursları (aznet.org və azerweb.com
domenləri daxil olmaqla) və müvafiq Layihələr
4. ACİ tərəfindən təşəbbüslərin
irəlilətməsi və dəstəklənməsi
eIFL Direct (Kitabxanalar üçün elektron informasiya)
- milli kitabxanalar konsorsiumunun hazırkı beynəlxalq
şəbəkəsi beynəlxalq şirkətlərlə
yerli ehtiyacların ödənilməsi üçün
danışıqların aparılması üzrə
yerli assosiasiyaların potensialının qurulması və
aşağı qiymətlə elektron jurnallarla tanış
olmaq imkanının təmin edilməsi ilə məşğuldur.
O, hal-hazırda 40 ölkədə fəaliyyət göstərərək,
5000 jurnala çıxış təmin edir. Bu yaxınlarda
20 ölkədə elm və texnologiya haqqında yeni
jurnallarla tanış olmaq imkanı yaradıldı. EİFL
2003-cü ilin əvvəlində müstəqil qurum
kimi yaradılıb.
GIPI
(Qlobal İnternet Siyasəti Təşəbbüsü)
- iki əlaqəli sahədə siyasət işinin dəstəkləyən
və səfərbər edən mühüm fəaliyyətdir:
informasiya infrastrukturundan aşağı qiymətlə
istifadə etmək imkanı üzrə siyasət və
internetdə sərbəst ifadənin və mülki azadlıqların
müdafiəsi. GİPİ-nin əsas prioriteti ənənəvi
olaraq əsas təcrübənin toplaşdığı
saray dairələrindən kənar yerli siyasət potensialının
və şəbəkələrin inkişaf etdirilməsidir.
Açıq Çıxış Təşəbbüsü
- həmkarlar tərəfindən təsdiqlənmiş
elmi-tədqiqat məqalələrdən açıq çıxışlı
elektron bazasına keçid üzrə layihədir. ACİ
aşağıdakı srateji məqsədlərin əldə
edilməsi üçün vəkillik və agahlığın
artırılması, açıq cıxışlı
biznes və iqtisadi siyasət modellərinin yaradılması,
açıq çıxışlı məqalələrin
irəlilətməsi və cəmləşdirilməsi
üzrə yeni resursların yaradılması, baza texnologiyaların
yayılması və açıq çıxış
üzrə qlobal hərəkatın konsolidasiyası
üzrə qarşılıqlı əlaqəsi olan
bir sıra layihəni maliyyələşdirir:
- Açıq
çıxışlı məqalələrə keçidin
sürətləndirilməsi ki, ən azı 2006-cı
il üçün həmkarlar tərəfindən təsdiqlənmiş
məqalələrin 10%-nə açıq çıxış
təmin edilsin
- Tədqiqat qrantları çərçivəsində
açıq çıxışlı məqalələri
təmin etmək üçün tədqiqatların aparılmasını
maliyyələşdirən əsas təşkilatlar
arasında dəstəyin artırılması
- Açıq
çıxış jurnalları və institusional arxivlər
üçün biznes planları və proqram təminatı
alətlərini asan əldə etmək imkanlarının
təmin edilməsi.
Tərcümə
layihələri - ACİ strategiyasına və ACİ
və Next Page Fondu arasında (CEU/ACİ Tərcümə
Layihəsini idarə edir) sazişə əsasən,
ACİ İKT ilə bağlı kitabların Azərbaycan
dilinə tərcüməsi ilə bağlı yardım
göstərir.
ACİ-YF Layihənin təhsil sahəsində İKT-nin
tətbiq edilməsi təcrübəsi, ölkə təhsil
şəbəkəsinin inkişafı, e-öyrənmə
resurslarının inkişafı və təhsil islahatının
İKT komponenti ilə əlaqələndirmə sahələrində
Layihə və ACİ-YF Təhsil Proqramı arasında
sıx əməkdaşlığın təmin edilməsində
maraqlıdır.