AzNET Home Page

"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı
Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun
İnkişaf Etdirilməsi" Layihəsi
United Nations Development Program / AzerbaijanMinistry of Communications and Information TechnologyOpen Society Institute - Assistance Foundation / AzerbaijanAzerbaijan Research and Educational Networking Association

 AzNET haqqında
- Layihə haqqında
- Vəziyyətin təhlili
- Strategiya
- İdarəçilik
- Donorlar
- Şəbəkə göstəriciləri
- Qoşulma yollar xəritəsi
- Əlaqələr
- İşçilər
 Nəşrlər
 İKT üzrə təlimlər
 Yerlərdə təhsil
 Məzmunun inkişafı
 QHT-lərə dəstək
 Regional mərkəzlər
 İKT layihələri


Dilarə Əliyeva küç.
Draqal döngəsi, 702-ci məhəllə, Poçt Daşıma Mərkəzi,
Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 5963741
Fax: (+99412) 5963742
office@noc.aznet.org

Mövcud vəziyyətin təhlili

1991-ci ildə öz müstəqilliyini bəyan edəndən bəri, Azərbaycan mərkəzdən planla idarə olunan iqtisadiyyatdan qurtularaq, qeyri mərkəzləşdirilmiş və fərdi azadlıqlar üzərində qurulmuş bazar iqtisadiyyatına qədəm qoymuşdur.

Azərbaycan dinamik inkişaf prosesində iştirak edərək, qlobal informasiya cəmiyyətinə inteqrasiyaya can atır və onun mühüm komponenti olan vətəndaş cəmiyyətinin yaradılmasını tam dəstəkləyir. Son illər ərzində ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş bir sıra mühüm qərarlar ölkənin bu istiqamətdə irəli sürdüyü siyasəti əks etdirir - ümumi tarazlaşdırılmış inkişaf, E-idarəetmənin tətbiq olunması, dünya informasiya cəmiyyətinə inteqrasiya kimi amillər də onların sırasına daxildir. Son illər ərzində İKT müxtəlif istiqamətlərdə uğurla tətbiq olunub və bu proses hazırda genişlənməkdədir.

İKT sahəsində nəzərə çarpan nailiyyətlərin əldə edilməsinə baxmayaraq, ümumi vəziyyət hələ də qənaətbəxş deyil. Müxtəlif dövlət strukturlarının İKT texnologiyalardan istifadə imkanlarında mühüm fərq, tədris, təhsil, elmi tədqiqatlar, məlumatların mübadiləsi və vətəndaş cəmiyyəti kimi sektorların inkişafı yolunda mövcud olan əsas maneədir. Müxtəlif təşkilatların əsas IT avadanlıqlarına malik olmasına baxmayaraq, İnternet bağlantısının sürəti olduqca aşağıdır və çox zaman kanallar həddən artıq yüklənmiş olur. Hazırkı infrastruktur mövcud tələblərə cavab vermir. Eyni zamanda, İKT-nin mövcud imkanlarından istifadə optimallaşdırılmalıdır.

Məlumat bazaları infrastrukturunun ötürülməsi və mübadiləsi üçün insan, texniki və maliyyə (hazırda mövcud olan və layihə çərçivəsində yaradılması planlaşdırılan) resurslarının səfərbərliyini təmin etmək məqsədilə əsas iştirakçıları bir araya gətirməklə, layihə tərəfindən qeyd olunan problemlərin həllinin asanlaşdırılması gözlənilir. Nazirliyin layihəyə birbaşa qatılmasını nəzərə alaraq, layihə əsas iştirakçılarda hazırda mövcud olan, həmçinin bu sektorda təmsil edilmiş digər təşkilatların (milli və beynəlxalq QHT-lər, digər beynəlxalq təşkilatlar) imkanlarından istifadənin təkmilləşdirilməsini təmin edəcəkdir.

Yuxarıda qeyd olunan işlərin həyata keçirilməsi, inkişaf, yoxsulluğun azaldılması, hüquq və azadlıqlara hörmətlə yanaşma, həmçinin hazırda milli prioritetlərdən biri olan regional inkişaf üçün müvafiq şəraitin yaradılmasını təmin etməklə bərabər, idarəçilik sisteminə də öz töhfəsini verəcəkdir. Bu BMT-nin İnkişaf Fəaliyyətləri Çərçivəsinin nəticələrinin biri ilə, daha dəqiq desək, vətəndaş cəmiyyətinin cəlb olunması və beynəlxalq öhdəliklərə müvafiq olaraq, dövlət tərəfindən göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılması və hüquqların qorunması prinsipi ilə üst üstə düşür.

Qeyd etmək lazımdır ki, hazırkı layihə BMTİP və ACİ-YF tərəfindən bir sıra ölkələrdə (Özbəkistan, Belarus) birgə həyata keçirilən layihələrin modelidir. Qeyd olunan təşəbbüs Azərbaycanda artıq 6 ilə yaxındır ki müzakirə olunur, buna baxmayaraq, həmin sektorda vəziyyətin çətinliyi, həmçinin institusional maneələr səbəbindən, ilkin mərhələdə cəlb olunan tərəflər arasında heç bir razılıq əldə olunmamışdır. Layihədə qarşıya qoyulan məqsədin öz aktuallığını qoruyub saxlaması, məsələnin ölkənin inkişaf perspektivləri nöqteyi-nəzərindən və cəlb olunan tərəflər üçün vacibliyini bir daha təsdiqləyir.

Layihə, Azərbaycan Hökuməti tərəfindən həm milli, həm də beynəlxalq aidiyyəti olan strukturların cəlb olunması və BMTİP-nin dəstəyi ilə tərtib olunmuş və 2003-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Milli İKT Strategiyasının (www.nicts.az) məqsədləri ilə üst üstə düşür. Layihənin regionlarda həyata keçirilməsi, dövlətin maraqlı olduğu və yaxın keçmişdə qəbul olunmuş bir sıra qərarlar vasitəsilə təsdiqlənən regional inkişaf konsepsiyasının həyata keçirilməsinə töhfə verəcəkdir. Layihə Azərbaycanda mövcud olan rəqəmsal geriliyin aradan qaldırılmasına yardım göstərəcəkdir. Bu məqsədə çatmaq üçün İKTMS layihəsi çərçivəsində yaradılmış 11 Regional İnformasiya Mərkəzinin təcrübəsindən, texniki və insan resurslarından istifadə edilməsi nəzərdə tutulur. Eyni zamanda layihə, Hökumət və Birləşmiş Millətlərin İnkişaf Fəaliyyəti Çərçivəsinin hazırkı prioriteti kimi tanınan Məlumatın Ötürülməsi üçün vahid Dövlət Şəbəkəsinin yaradılması və effektiv fəaliyyətinin konsepsiyası ilə də üst üstə düşür

Beynəlxalq təcrübə göstərir ki, İKT-nin geniş tətbiqi ölkənin ümumi inkişafına xidmət edir və bu texnologiyalar yoxsulluğun azaldılmasında və əhalinin sosial-iqtisadi problemlərinin həllində effektiv üsuldur. Milli kontentin və dilin inkişafı həmçinin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində (İCÜS) vurğulanmışdır (www.wsis.org). Müxtəlif mədəniyyətlərə və dillərə aid olan kontentin həm ənənəvi, həm də rəqəmsal məlumat mənbələri vasitəsilə təmin olunması çox vacibdir. İKT-dən istifadə imkanının İnformasiya Cəmiyyətinin əsas amillərindən biri olması İCÜS zamanı bir daha təsdiq edilmişdir. İKT-dən ayrı-ayrı fərdlər, icmalar və yerli idarəetmə orqanlarının istifadəsini təmin etmək vəzifəsi Hökumətlərin üzərinə düşür, və bu da Cenevrə Sammitində bir daha səslənmişdir. Yerli sahibkarlığı və özəl investisiyaları stumullaşdıracaq imkan yaradan siyasətin və idarəedici mühit yaradan düşünülmüş siyasət inkişafın əsas təməllərindən biridir. Güclü siyasi rəhbərlik bu sahədəki gələcək tərəqqi üçün mühümdür.

Bu layihənin məqsədləri Azərbaycan Respublikası Prezidentinin Cenevrədə məruzəsinin ümumi konsepsiyasını - qara qızılı insan qızılına çevirmək (ölkənin milli sərvətlərini əhalinin inkişafına xidmət göstərməsini təmin etmək) - əks etdirir. Əlavə olaraq, belə bir inam mövcuddur ki, Layihənin uğurlu həyata keçirildiyi təqdirdə, onun nəticələri İCÜS-nin 2005-ci ildə Tunisdə keçiriləcək ikinci mərhələsində Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri kimi də təqdim oluna bilər.

Bu baxımdan Azərbaycan Hökuməti tərəfindən keçmiş Rabitə Nazirliyinin ləğv olunması və yeni Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması idarəetmə islahatlarının müsbət göstəricisi kimi qiymətləndirilir. Rabitə ilə informasiya texnologiyaları arasında olan əlaqənin tanınmasından əlavə, bu qərar Hökumət tərəfindən keçirilən islahatların gücləndirilməsi və geniş insan potensialı əsasında İKT sektorunun inkişafına verilən töhfə kimi qiymətləndirilir. Qeyd etmək lazımdır ki, İKT-nin ayrı bir sektor kimi tanınması və onunla bağlı yeni bir qurumun yaradılması Azərbaycanda İKT potensialının artırılmasında mütləq şərtlərdən biridir.

Həmçinin əlavə etmək lazımdır ki, bu cür layihə, ixtisaslı istifadəçilərin sayının artırılması ilə E-İdarəçiliyin inkişafına öz töhfəsini verəcək və ən vacib məlumat bazalarına bağlantını təmin etməklə bərabər, E-İdarəçilik təşəbbüslərinin davamlılığının təmin edilməsində mühüm bir addımdır.

Yuxarıda qeyd olunanlardan irəli gələrək, bu layihə İKTMS layihəsi çərçivəsində və Azərbaycanın İKT sektorunda başqa iştirakçılar tərəfindən əldə olunmuş nailiyyətləri təsdiq etməklə bərabər, Azərbaycanda daha da inkişaf etmiş İP, elmi-tədqiqat işləri, təhsil və inkişaf məqsədləri üçün müvafiq şəbəkələrin yaradılması məqsədilə infrastrukturda tələb olunan dəyişiklikləri həyata keçirəcək və İKT potensialından istifadə imkanlarını regionlarda belə təmin edəcəkdir.


Related links:
   




"Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsi