2004-cü
il mayın 27-də Hyatt Regency mehmanxanasının "Caspian
B" zalında "Tədqiqat, Təhsil və Vətəndaş
Cəmiyyətinin İnkişafı Məqsədləri
üçün İnternetə Çıxış və
İnfrastrukturun İnkişaf Etdirilməsi" Layihəsinin
layihə sənədi imzalanmışdır. Layihə
sənədi
- Azərbaycan Hökuməti adından Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları naziri, akademik,
cənab Əli Abbasov
- BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf
Proqramının (BMTİP) rezident nümayəndəsi, cənab
Marko Borsotti
- Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (ACİ-YF)
icraçı direktoru, cənab Fərda Əsədov
- Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri
Assosiasiyasının (AzRENA) icraçı direktoru, cənab Rasim
Əliquliyev tərəfindən imzalanmışdır.
Layihə İnformasiya-Kommunikasiya
Texnologiyaları üzrə Milli Strategiyaya uyğundur
və Azərbaycan Hökuməti, ACİ-YF, BMTİP
və AzRENA tərəfindən həyata keçiriləcəkdir.
Donorlar haqqında daha ətraflı məlumatı burada
ala bilərsiniz.
Üç il
müddətində həyata keçiriləcək layihənin
ümumi büdcəsi 1 milyon 286 min ABŞ dolları
təşkil edir, və həmin məbləğdən
586 min ABŞ dolları - Açıq Cəmiyyət İnstitutu
- Yardım Fondunun, 350 min ABŞ dolları - BMT-nin İnkişaf
Proqramının, 350 min ABŞ dolları - Azərbaycan
Elmi-Tədqiqat və Təhsil Şəbəkələri
Assosiasiyasının payına düşür.
Layihə Azərbaycanda elmi-tədqiqat, təhsil və ictimai
məlumat şəbəkələrinin davamlı inkişafı
üçün şəraitin yaradılması və genişləndirilməsinə
yönəlmişdir. Layihənin məqsədi təhsil, elm,
İKT, vətəndaş cəmiyyəti, qeyri-kommersiya və
mənfəətsiz ictimai sektorlarını təmsil edən
bütün aidiyyəti tərəflərin səylərinin
əlaqələndirilməsindən ibarətdir. Layihə ölkənin
elm və təhsil sektorlarında, həmçinin xarici tərəf
müqabilləri arasında məlumat təminatına yardım
göstərəcək və istiqamətləndirəcək,
və bununla da regionlar arasında və Azərbaycanın daxilində
və xaricində maraqlı tərəflər arasında məlumat
mübadiləsinə imkan yaradacaqdır. Layihənin daha bir
vacib xüsusiyyəti onun bu sahədə fəaliyyət göstərən
əsas iştirakçıları bir araya gətirməsi və
onların səylərinin müvafiq sektor üzrə birləşdirilməsindən
ibarətdir.